Oruc Zalov: “Polis şəxsiyyət vəsiqələri ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirib”
10 sentyabr 2011 11:30 (UTC +04:00)

Oruc Zalov: “Polis şəxsiyyət vəsiqələri ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirib”

APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda çıxışında daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov deyib. O bildirib ki, sənədsiz evlərin qanuni tikilib-tikilməməsini müvafiq icra hakimiyyəti qurumları, bələdiyyələr müəyyənləşdirir və evlərin sənədləşməsi bu qurumlar tərəfindən rəsmiləşdirildikdən sonra polis orqanları həmin evlərdə yaşayan vətəndaşları şəxsiyyət vəsiqələri ilə təmin edir: “Biz bu məsələ ilə bağlı cənab Prezidentin göstərişindən sonra üzərimizə düşən vəzifəni layiqincə yerinə yetiririk”.

Daxili işlər nazirinin müavini ölkə prezidentinin göstərişinə qədər polis orqanlarının bəzən qeydiyyatsız şəxslərə şəxsiyyət vəsiqəsi verərkən problemlə üzləşdiyini, bu zaman həmin adamların ünvanı kimi polis qurumlarının ünvanının göstərildiyini söyləyib.

Qeyd edək ki, dünən bəzi kütləvi informasiya vasitələri Oruc Zalovun bu məsələ ilə bağlı fikirlərini yayımlayarkən müəyyən təhriflərə yol verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 909

Oxşar yazılar