Masallıda namus üstündə qan töküldü
Mayın 4-də saat 16:00 radələrində Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Qodman kənd sakini 1980-ci il təvəllüdlü İrşad Mürşüdov öz əmisi qızı 1980-ci ildə anadan olmuş Mürşüdova Ətirə Müqəddəs qızını bıçaqlayıb. Ə.Mürşüdova çoxlu qan itirmiş halda, ağır vəziyyətdə Masallı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər vəziyyəti kritik olan qadının həyatını xilas etməyə çalışırlar.
Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş 31 yaşlı İrşad Mürşüdov saxlanılıb. O, ilkin dindirilmə zamanı əmisi qızını namus üstündə bıçaqladığını bildirib. Ə.Mürşüdovanın vəziyyəti ağır olduğundan onu dindirmək hələlik mümkün olmayıb. Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi araşdırılır.
Qeyd edək ki, bıçaqlanan qadın 4 uşaq anasıdır. 2001-ci ildə rayonun Allahyarlı kəndinə gəlin köçən qadın 8 il sonra həyat yoldaşından ayrılıb və 4 azyaşlı övladı ilə doğma kəndinə qayıdıb.
Nizam RZA

Oxşar yazılar

Xaçmazda yük maşını hasara çırpıldı, sürücü öldü
15 iyul 2025 , 02:14
Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25