Bakıda yol qəzalarında iki piyada öldü
0
0
Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, rayon ərazisində “Kamaz” markalı yük maşını Xırdalan şəhər sakini, 1982-ci il təvəllüdlü Məmmədov Məhəmməd Vaqif oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Piyadanın ölümü ilə nəticələnən digər hadisə isə Nərimanov rayonu ərazisində qeydə alınıb. Ziya Bünyadov prospektində “Mercedes E 220” markalı avtomobil yolu keçmək istəyən 60-65 yaşlı kişini vurub. Şəxsiyyəti hələlik məlum olmayan kişi xəstəxanaya aparılarkən, yolda ölüb.
Hər iki faktla əlaqədar araşdırma aparılır.
Nizam RZA