Müəllimləri və balaca davamçıları Mübariz İbrahimovu ziyarət etdi
Dekabrın 19-da Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun təhsil aldığı Əliabad kənd orta məktəbinin bir qrup müəllimi və şagirdi İkinci Fəxri Xiyabanında onun məzarını ziyarət edib. Lent.az-ın məlumatına görə, məktəbin direktoru Bəsirə Rüstəmovanın başçılığı ilə təxminən 100 nəfər Biləsuvardan Bakıya gəlib. Onlar Mübariz İbrahimovun məzarını ziyarət etdikdən sonra Fəxri Xiyabanda və Şəhidlər Xiyabanında olublar.
Mübariz İbrahimovun qəhrəmanlığı ilə fəxr edən həmkəndliləri əllərində onun şəkilini tutublar. Mübarizə həm rus dili dərsi demiş, həm də Malik Piriyev adına məktəbi direktoru olan Bəsirə xanım yol boyu sevimli şagirdi haqqında danışıb: “O, uşaqlıqdan başqa cür idi. Özünü ağır aparırdı, hətta müəllimlər də, mən özüm də haradasa ondan çəkinirdik. Mübariz heç kimlə zarafat etməzdi, toylarda da onun nə vaxtsa qol qaldırıb oynadığını görməmişəm. Biz hamımız Mübarizlə fəxr edirik, hər günümüzü onunla başlayırıq”.
B.Rüstəmova onu da bildirib ki, məktəbin bütün heyəti ziyarətə gəlmək istəsə də, bu baş tutmayıb. Növbəti qrup fevralın 7-də Mübarizin ad günündə Bakıya gələcək.
Nizam Rza

Oxşar yazılar

Ağdərədə çoban minaya düşdü - YENİLƏNİB
10 iyul 2025 , 09:39
Qəbələdə FACİƏ: 4 yaşlı qız kirayə villanın hovuzunda BOĞULDU
10 iyul 2025 , 09:22
Goranboyda minik avtomobili gölə düşdü
10 iyul 2025 , 08:18
Gəncə sakini narkotik vasitənin təsirindən komaya düşdü
10 iyul 2025 , 07:54
Gəncədə avtomobil aşdı, xəsarət alanlar var
10 iyul 2025 , 00:53
“Oğlumu öldürdülər, nişanına hazırlaşırdıq” – Qətlə yetirilən Ümid Soltanovun atası
9 iyul 2025 , 21:43
Rusiyadan Azərbaycan şirkətlərinə QADAĞA
9 iyul 2025 , 19:33