Tovuzun dağlıq ərazilərində meşə yanğınları davam edir
Tovuz rayonunun Erminstanın Berd rayonu ilə həmsərhəd olan Qoşa və Şıxheybət kəndləri ərazisində yerləşən meşə massivində yanğınlar davam edir. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, dağlıq ərazidə yerləşən və əsasən palıd və fısdıq ağaclarının üstünlük təşkil etdiyi “İtqırılan” adlandırılan qarışıq meşə massivinə maşın yollarının olmaması texnikanın həmin əraziyə cəlb edilməsini mümkünsüz edib. Qoşa kənd sakinlərinin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, meşədə yanğınlar bir həftədən çoxdur davam edir. Meşə massivinə yol olmadığından yanğının söndürülməsinə texnikaları cəlb etmək mümkünsüzdür. Ərazi ermənilərlə sərhəddə yerləşdiyindən meşə sahəsi minalanıb. Yanğın baş verən ərazidə mütəmadi olaraq mina partlayışları eşidilir. Bu səbəbdən yanğının mərkəzinə keçmək təhlükəlidir. Buna baxmayaraq yanğının dahada genişlənməsinin qarşısını almaq üçün təhlükəsiz yerlərdə kənd sakinləri və rayondan əraziyə cəlb edilmiş işçi qüvvələri torpağı qazaraq şırımlar açıblar. Sakinlərin sözlərinə görə, minalanmış ərazilərdə yanğın hələ də davam edir. Meşədə baş verən yanğınların ermənilər tərəfindən törədildiyi ehtimal olunur.
Tovuz rayon Fövqəladə Hallar Komissiyasının sədri Mahir Həsənovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, Tovuz rayonun Çatax inzibati ərazi vahidliyinin tərkibində olan Şıxheybət kəndinin ərazisindəki meşə massivində baş vermiş yanğın nəticəsində təxminən 34 hektar sahə tamamilə yanıb. Yanğının qarşısı almaq üçün rayondan hadisə yerinə 500-dən çox canlı qüvvə və texnika cəlb edilib. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin əməkdaşları yanğının qarşısını almaq istiqamətində səylərini birləşdiriblər. Böyük ehtimalla meşə massivində baş vermiş yanğına Ermənistan tərəfinin təmas xəttində törətdiyi yanğınlar səbəb olub. Qeyd edək ki yanğın baş verən kənd rayonun ucqar dağlıq relyefə malik kəndlərindəndir.

Oxşar yazılar

Beyləqanda kişi işıq dirəyindən yıxılıb öldü
9 may 2025 , 10:23
Bank kartlarından 11 min manatdan çox pul oğurlandı
9 may 2025 , 10:05
Velosipeddən yıxılan 12 yaşlı uşaq komaya düşdü
8 may 2025 , 23:31
Marketdə çalışan qadın iş yerində öldü
8 may 2025 , 22:40
Məhkəmədə Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğalı zamanı əsir və girov götürülmüş azərbaycanlılara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib
8 may 2025 , 21:32
Ağsuda iki nəfər pomidordan zəhərləndi
8 may 2025 , 19:21
Həbsdəki sayt rəhbərinə hökm oxundu
8 may 2025 , 17:36