Şamaxıda dəhşətli olay
Şamaxı rayonunda dəhşətli hadisə baş verib. Rayon Polis Şöbəsinin müstəntiqi Amin Piriyev APA-nın yerli bürosuna bildirib ki, hadisə dekabrın 22-də saat 17:00 radələrində Şamaxı şəhərindəki 20 Yanvar bağında qeydə alınıb.
Şamaxı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Şükürov Qalib Gülabbas oğlu ilə həmyerlisi, 1968-ci il təvəllüdlü Rəhimli İlqar Rafiq oğlu arasında dava düşüb. Şəxsi münasibətlər zəminində baş verən insident zamanı Q. Şükürov üzərindəki bıçaqla İlqar Rəhimlinin gözlərinə xəsarət yetirib. Aldığı bıçaq zərbələrindən hər iki gözünü itirən və tamamilə kor olan İlqar Rəhimli təcili Bakıya aparılıb.
Qalib Şükürov isə tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Oxşar yazılar
Bakıda gölün ətrafında yanğın baş verdi - VİDEO
16 iyul 2025 , 03:41
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57