Hakimin xanımının qətli ilə bağlı 30-dan çox adam dindirilib
Bu barədə Lent.az-a Respublika Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Ötən 19 gün ərzində bu işlə bağlı istintaqa 30-dan çox vətəndaş çağırılaraq dindirilib. Onların arasında təqsirləndirilən Xalidə Əhmədovanın ibtidai istintaqda adını çəkmiş şəxslər də var. Hələlik hadisəni törətməkdə təqsirli bilinən Xalidə Əhmədovadan başqa heç kim saxlanılmayıb.
Xatırladaq ki, ilkin istintaq materiallarına əsasən, Xalidə Əhmədova oktyabrın 15-də saat 13 radələrində Bakı şəhəri, Çobanzadə küçəsi, 47 saylı binanın 30-cu mənzilinə gələrək 1971-ci il təvəllüdlü Natəvan Həmid qızı Mahmudovanın mənzilində ona zor tətbiq etmiş, sonra taqətdən düşmüş mərhumu boğaraq qətlə yetirmişdi.
Məhkəmə-tibbi ekspertizanın ilkin rəyində də mərhumun bədəninin üz-çənə və digər nahiyələrində qançırlar aşkarlanması, onun ölümünə səbəb kimi isə ağız və burun dəliklərinin yumşaq əşya ilə qapanması göstərilmişdi. İlk gündən hadisənin tamah məqsədi ilə törədildiyi xəbər verilsə də saxlanılan şəxs Xalidə Əhmədovanın mərhumla hansı əlaqəsinin (iş birliyi) olması və təqsirləndirilən şəxsin nə məqsədlə onların evinə gəlməsi barədə ətraflı məlumat verilməmişdi. Elə ilk gündən də məlum idi ki, Xalidə Əhmədova mərhumun evində birinci dəfə olmayıb. Qapının məhz mərhum Mahmudova tərəfindən açılması birmənalı şəkildə ondan xəbər verirdi ki, saxlanılan və hazırda işdə təqsirli bilinən Əhmədova ilə mərhum arasında münasibətlər isti olmasa da, soyuq da olmayıb. Evdən oğurlanmış pul, qızıl-zinət əşyaları hadisənin tamah məqsədi ilə törədildiyini təsdiqləsə də, motiv arada yaranan narazılıq, anlaşılmazlıq olub.
Təqsirləndirilən Əhmədovanın bir necə dəfə və nə məqsədlə onların evinə gəldiyi bilinəndən sonra arada yaranan anlaşılmazlığın nədən ibarət olduğu da bəlli olacaq. İşin ən maraqlı məqamı da elə budur.
Natiq Qədimov

505