Bakı şəhər Baş Polis İdarəsində əməliyyat müşavirəsi keçirilib
APA-nın məlumatına görə, müşavirə 2010-cu ilin 9 ayının yekunlarına həsr olunub. Müşavirəni giriş sözü ilə açan Bakı şəhər BPİ-nin rəisi, polis general-mayoru Rafiq Abbasov Azərbaycanda ictimai-siyasi sabitlik və əmin-amanlıq şəraitinin yaradılması və etibarlı qorunmasında Daxili İşlər Nazirliyinin üzərinə qoyulmuş vəzifələrin həyata keçirilməsində Bakı şəhər Baş Polis İdarəsinin də fəal iştirak etdiyini, xidməti vəzifələrini layiqincə yerinə yetirdiyini bildirib.
Daha sonra idarənin rəis müavini, polis general-mayoru Elxan Həsənov çıxış edərək hesabat dövründə cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin və təhlükəsizliyin təmini, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verib.
2010-cu ilin 9 ayı ərzində Bakı şəhərində 8 030 cinayət hadisəsi qeydə alındığını qeyd edən rəis müavini həmin cinayətlərdən 6992-si və ya 87 faizinin az ağır və böyük ictimai təhlükə törətməyən, 1038-i və ya 13 faizinin isə ağır və xüsusilə ağır cinayətlər olduğunu bildirib. Həyata keçirilən profilaktiki tədbirlər sayəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayı ərzində Bakı şəhərində quldurluqla bağlı 7 fakt (7,8 faiz), soyğunçuluq 53 fakt (25,4 faiz), adam oğurluqları 5 fakt, insan alveri 8 fakt (23,5 faiz), narkotik vasitələrlə bağlı cinayətlər 37 fakt (3,1 faiz) azalıb, ölümə sui-qəsdlər sabit qalıb, adamları girov götürmə, cinayətkar birlik yaratma (banditizm) kimi cinayətlər isə ümumiyyətlə, qeydə alınmayıb. Ümumi cinayətlərin açılması 80 faiz, ağır cinayətlərin açılması isə 77 faiz təşkil edib, keçən ilin müvafiq dövrü ilə müqayisədə sabit qalıb.
Hesabat dövründə 20 quldurluq cinayəti törətmiş 22 nəfərdən ibarət 10 cinayətkar qrup, 19 soyğunçuluq cinayəti törətmiş 32 nəfərdən ibarət 11 qrup və 36 mənzil oğurluğu törətmiş 48 nəfərdən ibarət 19 qrup ifşa edilib. Axtarışda olan təqsirləndirilən şəxslərin axtarılması da fəal surətdə davam etdirilib, 1067 cinayətkardan (2009-cu ildə 1180) 697-nin tutulması təmin edilib, axtarış tədbirlərinin səmərəli təşkili nəticəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə axtarışda olan təqsirləndirilən şəxslərin sayı azalıb.
Bildirilib ki, hesabat dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də yaxşı nəticələr əldə edilib. Qeydə alınmış 1173 cinayət hadisəsinin 90 faizinin açılması təmin olunub. Eyni zamanda, 45 nəfərdən ibarət 36 cinayətkar qrup ifşa olunub. 130 kiloqram çəkidə narkotik vasitə, o cümlədən 18,7 kiloqram tiryək, 24,2 kiloqram heroin, və 24,5 kiloqram həşiş qanunsuz dövriyyədən çıxarılıb.
Hesabat dövründə paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, şəhər miqyaslı 147, yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı 94 tədbir zamanı ictimai hüquq qaydaları təmin edilib, ayrı-ayrı şəxslər tərəfindən qanunsuz aksiyaların keçirilməsinə yönəlmiş 11 cəhdin qarşısı alınıb.
Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar ictimaiyyətlə işgüzar əlaqələrin möhkəmləndirilməsi, vətəndaşların təklif və şikayətlərinin qəbul edilməsi və müraciətlərə operativ cavab verilməsi məqsədilə Bakı şəhər Baş Polis İdarəsində “qaynar telefon xətti” yaradılıb.
Əməliyyat müşavirəsinə yekun vuran Rafiq Abbasov müşavirə iştirakçılarına tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib. O, qarşıdan Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin gəldiyini xüsusi vurğulayaraq paytaxt polisinə öz xidməti vəzifələrini DİN-in və Baş İdarənin tədbirlər planlarına uyğun, qanun çərçivəsində həyata keçirməyi tövsiyə edib.

592