“Aerosvit-Ukrayna” məhkəmə qalmaqalında rəsmi şəxsləri günahlandırır
Abel Məhərrəmov: “Fiziki əziyyətlərə məruz qalmışıq”
Azərbaycanın 4 nəfər nüfuzlu və rəsmi şəxslərilə məhkəmə çəkişməsi yaşayan “Aerosvit-Ukrayna Hava Yolları” aviaşirkətinin Azərbaycandakı nümayəndəliyi qarşı tərəfin iddialarını qəbul etmir. Nümayəndəliyin vəkili Kamandar Nəsibov Lent.az-a müraciət edərək bu məsələdə haqlı tərəf olduqlarını bildirib. Vəkil məhkəmə sənədlərini də Lent.az-a təqdim edib.
Məhkəmə sənədlərində bir sıra maraqlı məqamlar yer alıb. Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev, Bakı Dövlət Universitetinin (BDU) rektoru, millət vəkili Abel Məhərrəmov, BDU-nun Tədris işləri üzrə prorektoru Vüsət Əfəndiyev və Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nadir Qəhrəmanovun Yasamal rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində hadisənin 2008-ci il aprelin 2-də baş verdiyi qeyd olunub. Zərərçəkənlər iddia edirlər ki, onlar 2-4 aprel 2008-ci il tarixdə Kiyevdə keçirilən Qara dəniz Hövzəsi Universitetlərinin toplantısına getməli imişlər. Onlar Bakı-Kiyev-Bakı istiqamətində 2 aprel saat 09.00-a 4 ədəd bilet alıblar. İddia ərizəsinə görə, Heydər Əliyev Hava Limanında bilet qeydiyyatı zamanı 19 nəfərin, o cümlədən sözügedən 4 nəfərin biletlərini qeydiyyatdan keçirməkdən imtina edilib, bu, yerin olmaması ilə əsaslandırılıb: “Çünki 19 bilet artıq satılıb. Bu səbəbdən də biz təyyarəyə buraxılmadıq”.
Daha sonra onlar hər birinin dəyəri 289 manat olmaqla 4 bilet, sonra isə Moskvadan Kiyevə uçmaq üçün hər birinin dəyəri 290,63 manat olan 4 bilet alıblar. “Moskvanın Domodedovo Təyyarə Limanında məcburiyyət qarşısında qalıb 5 saatdan çox vaxt itirərək diskomfort şəraitdə gözləmişik. Sonda beynəlxalq toplantıya 10 saat gecikməklə Kiyevə çatdıq” – deyə, iddia ərizəsində qeyd olunub. Həmçinin bildirilib ki, Kiyevdə keçirilməli olan tədbirin sədri BDU-nun rektoru Abel Məhərrəmov olduğundan tədbir baş tutmayıb: “Nəticədə beynəlxalq tədbir pozuldu, bizə maddi və mənəvi ziyan dəydi, özümüz isə fiziki əziyyətlərə məruz qalmışıq”.
Qarşı tərəf - “Aerosvit-Ukrayna Hava Yolları” aviaşirkətinin Azərbaycandakı nümayəndəliyi isə qeyd olunan iddiaları rədd edir. Nümayəndəliyin məhkəmə sənədlərində əks olunan mövqeyinə görə, rektorlar, nazirlik rəsmisi və prorektor məhz gecikdiyi üçün təyyarəyə minməkdən məhrum olub. Onların iddiasına görə, qarşı tərəf Qara dəniz regionu ölkələrinin universitetlər şəbəkəsi konqresinin proqramını məhkəmədən gizlədib. Nümayəndəlik həmin proqramı əldə etdiyini və Abel Məhərrəmovun həmin tədbirin sədri olması barədə fikirlərin yalan olduğunu iddia edir: “Əldə etdiyimiz sənədlərdən görünür ki, Qara dəniz regionu ölkələrinin universitetlər şəbəkəsi konqresinə sədrlik edənlər BSUN-nun prezidenti Stefan Barudov və Ukrayna Milli Texniki Universiteti Kiyev Politexnik İnstitutunun (UMTU “KPİ”) rektoru Mixaylo Zqurovskiy olub. Proqramdan görünür ki, BDU-nun rektoru hörmətli Abel Məhərrəmovun “3-cü minilliyin əvvəllərində elm və texnologiya” mövzusunda məruzəsi 03.04.2008-ci il tarixə saat 15.45-dən 16.00-dək nəzərdə tutulub və nümayəndə heyətinin digər üzvlərinin isə forumda heç bir məruzə və çıxışları nəzərdə tutulmayıb”.
Nümayəndəlik məhkəməyə Qara dəniz regionu ölkələrinin universitetlər şəbəkəsi konqresinin proqramını, Ukrayna Milli Texniki Universiteti Kiyev Politexnik İnstitutunun 09.02.2009-cu il tarixli məktubunun surətini, və seksiyalarla iş proqramını da təqdim edib.
Ümumilikdə məhkəmə sənədlərində tərəflər qarşı tərəfin günahkar olduğunu bildirir.
Qeyd edək ki, Yasamal rayon Məhkəməsinin hakimi Xəqani Tağıyevin çıxardığı qərardada əsasən, “Aerosvit-Ukrayna Hava Yolları” aviaşirkətinin Azərbaycandakı nümayəndəliyindən iddiaçıların hir birinə 10 min manat alınaraq BDU-nun nəzdindəki “Gənc istedadlar” liseyinin hesabına ödənilməlidir. Həmçinin, aviaşirkətin Azərbaycan nümayəndəliyindən 1611 manat vurulmuş maddi ziyan, 19,80 qəpik dövlət rüsumu alınaraq müştərək qaydada iddiaçılara ödənilməlidir.
Aviaşirkət nümayəndələri Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, kassasiya şikayəti verib. Bu instansiya məhkəməsi də rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu dəfə aviaşirkət Azərbaycan Ali Məhkəməsinə müraciət edib. Hazırda işə Ali Məhkəmədə baxılır.
Pərvin ABBASOV

1097