“Əl-ayağımı taxtaya mismarladılar, bağırtım həbsxanaya yayıldı” - MƏHBUS DRAMI
Keçmiş polis, Qarabağ döyüşçüsünün film kimi həyatı – II yazı
Əvvəli: http://www.lent.az/news.php?id=32010
Təcridxanada salındığı barakda 17 dustaq var imiş. Həmin vaxt gecə yarı olduğundan o, ancaq yatmağı düşünürdü. Başını qoyub yatır. Bir də səhər böyrünə təpik vurulanda ayılır. Baxıb görür ki, onu vuran balacaboy bir çinlidir. Bir balaca dikəlib, çinlinin ayaqlarından tutub fırladır və divara çırpır. Təzədən yatır.
Bir qədər keçmiş yenə ayılır, bu dəfə yemək iyinə. Hiss edir ki, acıb. “Barak”a diqqətlə baxanda görür ki, bir tərəfdə çinli məhbuslar toyuq qızartması, başqa tərəfdə isə 5 əcnəbi məhbus kələm şorbası yeyir.
Oradakılardan heç kimin dilində bilməyən azərbaycanlı məhbus uyğurla ünsiyyətə girir. Ondan əvvəlcə bir tərəfdə toyuq kababı, bir tərəfdə kələm şorbasının yeyilməsinin səbəbini soruşur. Uyğur əvvəlcə heç nə demir. X.-nın israrından sonra yalnız onu deyir ki, "heç nə deyə bilmərəm. Çünki nəsə desəm, məni öldürərlər".
X. yenə israr edir: "Gördün bir çinlini ayağından tutub necə divara vurdumsa, gözləri çevrildi. Sənə bir söz deyən olsa, həmin adamı da o günə qoyaram".
Bundan sonra uyğur danışır. Sən demə, yaxşı yemək, yəni toyuq əti əcnəbilərə gəlibmiş, kələm şorbası isə yerli məhbuslara. Ancaq yerlilər xaricilərin gözünü qorxudaraq, onların yeməklərini əllərindən alıbmış. Bu, həmişə belə olurmuş.
X. həm də öyrənir ki, barakdakı məhbuslardan bir nəfəri uyğur, biri şri-lankalı, ikisi pakistanlı, biri iranlı, biri isə nigeriyalı idi. X.-nın ora girməsilə qeyri-çinlilərin sayı 7-yə, xarici vətəndaşların sayı isə 6-ya çatmışdı (uyğur millətindən olan şəxs Çin vətəndaşıdır). İçəridəkilərdən 7 çinlinin ayaqlarında zəncir, əllərində isə qandal vardı. Bunlar ölüm hökmü almış məhbuslar imiş. Məhbuslar ölüm hökmü yerinə yetirilənədək istintaq təcridxanasında saxlanılır. Onlar 15 gün ərzində öldürülür (X.-nın istintaq təcridxanasında qaldığı müddət ərzində 7 məhbusun ölüm hökmü icra olunur).
Bütün bunları öyrənir, ancaq heç nə demir, heç nə eləmir.
Axşam yeməyi gələndə əcnəbilər üçün gələn yeməkləri götürüb, onları və uyğuru çağırır ki, gəlin yeyin. Bunu görən "lotu çinlilər" bir söz demir. Lakin sonradan məlum olur ki, onlar məsələni "nadzor"lardan birinə çatdırıblar. "Nadzor" isə deyir ki, gedin döyün onu, ağlı gəlsin başına. 6 nəfərlik "lotu çinlilər" belə də edir. Daha doğrusu, cəhd edirlər, amma niyyətlərinə çatmırlar. Çünki X. onların hamısını eyni vaxtda döyür.
"Bura Çin yox, balaca Azərbaycandır"
Bundan sonra əcnəbilərə gələn yeməyi çinlilər alıb yeyə bilmirdi. X. baraka gələnə qədər ölüm hökmü almış məhbusların ayaqlarını əcnəbilərə masaj etdirməsi kimi bir adət də varmış. Azərbaycanlı məhbus bu adəti də aradan qaldırır. İçəridəki televizorda telekanalların dəyişdirilməsindən tutmuş, ən kiçik məqamlarla bağlı o qərar verirdi. Hətta qonşu baraklarda da sözü keçirdi.
X.-nın artıq yerli çinlilərlə işi yox idi. Əksinə, xarici vətəndaşlarla olduğu kimi, onlarla da ünsiyyətə girib söhbət edirdi. Bu işdə onun köməyinə yenə də uyğur çatırdı: o, tərcüməçilik edirdi. Əcnəbilərlə isə əl-ayaq işarələrilə danışırdı. X. çinli məhbuslara barakı göstərərək, "bura Çin yox, balaca Azərbaycandır" deyirdi.
İtalyan məhbus
4 ay sonra baraka bir italyan məhbus gətirilir. Həmin vaxt X.-nın uzun saqqalı vardı. Tutulandan üzünü hələ bir dəfə də olsun qırxmadığından, saqqalı onu yekəpər bədənilə çox qorxunc göstərirdi. İtalyan məhbus da ondan əməlli-başlı qorxur. Sonralar məlum olur ki, o, X.-nı "terrorçu Üsamə Bin Ladenin adamı" olduğunu zənn edibmiş.
Təzə məhbus baraka girəndə hər əlində iki çanta varmış. Çinli məhbuslar çantanı alıb baxır ki, içərisində paltarlar var. Paltarları öz aralarında bölüşdürürlər. İtalyan məhbus bu mənzərəni yazıq-yazıq seyr edir, ancaq dillənmir. Bu mənzərəni onun kimi seyr edən X. isə "paltar bölüşdürmə" prosesi başa çatdıqdan sonra uyğuru yanına çağırıb qısaca deyir: "Bunlara de ki, çantalardan nə götürüblər, hamısını yerinə qaytarsınlar..."
Çinlilər dərhal paltarları yerinə qaytarır, çantalar italyana verilir. İtalyan məhbus yalnız bundan sonra hiss edir ki, Bin Ladenin adamına bənzətdiyi bu saqqallı məhbus heç də pis adama oxşamır. O, gəlib işarəylə X.-ya təşəkkür edir. İtalyan əvvəlcə bir barmağını X.-ya, o birini özünə tərəf uzadıb cütləşdirərək yenə nəsə demək istəyir. X. bunu görüb italyanın "üzdəniraq" (homoseksual) olduğunu düşündüyündən yanından qovur. Ancaq italyan getməyərək yenə də işarələrlə "danışır". Azərbaycanlı məhbus yalnız indi onun nə demək istədiyini anlayır: "Gəl dost olaq". İtalyan işarəylə varlı olduğunu, ondan qorunmasını istədiyini işarələrlə deyir. X. razılaşır.
İtalyan kim imiş?
Tanışlıqdan sonra məlum olur ki, bu şəxs dünyaca məşhur "Versace" şirkətinin Çin üzrə filial rəhbəridir, şirkətin vitse-prezidenti statusunu daşıyan Danielle Prondelli. O, Çinə mal gətirərkən təxminən 5 milyon dollar gömrük rüsumunu ödəmədiyindən tutulmuş, 4 il həbs cəzası almışdı.
X. onunla dostlaşır. Bayırdan çoxlu pul göndərilir, italyan isə X. ilə birlikdə xərcləyir. Hətta yayda hər gün dondurma yeyirlər. İtalyan önəmli şirkətdə yüksək vəzifə tutduğundan 15 gündə bir dəfə İtaliyanın Çindəki səfiri də onu yoluxmağa gəlirdi. Səfir şirkət vitse-prezidentinə görə hətta Çinin penitensiar sahəyə cavabdeh olan nazirilə də görüşür. Bu görüşdən sonra təcridxanadakı əcnəbi məhbusların vəziyyəti yaxşılaşır. Onlar altı adamlıq kameralara köçürülür, hamam təminatı, yemək-içmək və s. yaxşılaşdırılır.
Bir müddət sonra baraka monqol millətindən olan məhbus gətirilir. O, rus və ingilis dillərini bilirmiş. X. həmin vaxtdan italyan məhbusla işarələrlə söhbət etməkdən daha çox "tərcüməçilər" vasitəsilə danışır. O, monqola rusca deyir, monqol da sözlərini italyana ingiliscə çatdırır. Çünki italyan doğma dilindən başqa, ingilis, fransız və ispan dillərini bilirmiş (Azərbaycanlı məhbus "tərcüməçilər" vasitəsilə danışdığı müddətdə ingilis dilini də öyrənir. Sonralar qazax, çin, hind dillərində danışmağı da öyrənir).
Məhkəmə cəzası: 13 il!
9 aydan sonra X.-nın məhkəməsi olur. Prosesdə Azərbaycanın Çindəki səfirliyinin nümayəndəsi də - Səfirliyin Konsulluq məsələləri üzrə məsul ikinci katibi İsmayıl Cəfərov da qatılır. X. və digər azərbaycanlılara tərcüməçilik xidməti də göstərilir. X.-ya 13 il həbs cəzası kəsilir və həbsxanaya köçürülür.
Pekindəki həbsxana dördmərtəbəliydi. Burada əksəriyyəti çinli olmaqla, 5 min dustaq vardı. Sonradan apelyasiya şikayəti verən, ancaq şikayəti təmin olunmayaraq 4 illik həbs cəzası qüvvədə qalan Prondelli də bura gətirilir. Həbsxanada ABŞ-dan Yaponiyaya qədər, Kanadadan İrana qədər hər bir ölkənin vətəndaşı vardı (X. orada alman millətindən başqa bütün məşhur xalqların nümayəndələrinə rast gəlib).
Burada həbsxana rəhbərliyi və işçiləri əcnəbi məhbuslarla yerlilərlə müqayisədə yaxşı davranırdı. Əcnəbilər yalnız dava salmamalıydı. Dava elədiyi təqdirdə isə “karser”ə salınırdı. Bir də, yerlilərdən fərqli olaraq, əcnəbi məhbuslara siqaret verilmirdi. Həbsxanada rüşvət vermə imkanı sıfır səviyyəsində olduğundan, azərbaycanlı məhbus ilk vaxtlarda çətinlik yaşayır. Lakin müxtəlif üsullarla siqaret taparaq çəkir. Bir-iki dəfə siqareti onunla yaxşı münasibət quran “nadzor” vasitəsilə (təbii ki, rüşvətsiz) alır. Sonralar çinli məhbuslardan alırdı: yeməklə dəyişirdi. Prondelli isə çəkən deyildi. O, hər 15 gündə bir dəfə İtaliyanın Çindəki səfirilə görüşəndə X.-ya “Marlbro” siqareti gətirirdi.
Urumçi həbsxanasında
Bir müddətdən sonra X. da daxil olmaqla bir qrup məhbusu Urumçiyə köçürürlər. Bu, həm də azərbaycanlı məhbusla italyan dustağın ayrılması demək idi. Cəza müddəti başa çatan Prondelli artıq həbsxanadan çıxmağa hazırlaşırdı. Həmin vaxtdan onlar bir-iki dəfə yalnız telefonla danışıblar.
Urumçidəki həbsxana Pekindəkindən əcnəbilərlə yerlilərə fərq qoyulmamasıyla fərqlənirdi. Qaydalara görə, bütün məhbuslar eyni yemək yeməli, hamısı işləməliydi.
Haşiyə: Həbsxanada yerlilərin – uyğurların hüquqları kobudcasına pozulur. Onların doğma dillərində olan televiziya verilişlərinə baxmağa, namaz qılmağa icazə verilmir. X. həbsxanada olarkən Çin hökumətindən narazı olan uyğurların lideri Rabiyə Kadirin oğlanlarından biri – Məhəmmədin də bu həbsxanada cəza çəkdiyini öyrənir. X. onunla tanış olaraq söhbətlərində iştirak edib.
“Karser”də
X. bura yenicə gəlmişdi ki, çinli məhbuslarla davası düşür. Bir tərəfdə 40-a yaxın çinli, o biri tərəfdə iki nəfər azərbaycanlı - X. və Elman. Böyük dava düşür. Ancaq boyu iki metrə yaxın olan X. bir dəfə də yıxılmır.
Sonra qan içində olan azərbaycanlı məhbusu dava saldığına görə tutub əllərini qandallayıb, ayaqlarına isə zəncir vuraraq “karser”ə salırlar. “Karser” iki açıq qapısı olan, yeri betonlanmış hücrə imiş. Orada onu soyundururlar, əynində yalnız alt paltarı qalır. Arxası üstə taxtanın üzərinə uzadıb, əllərini başına tərəf uzadırlar. Sonra isə ayaqlarındakı zənciri və əllərindəki qandalı taxtaya mıxlayırlar. Elə birinci gün qandal onun sümüklərinə qədər “işləyir”. Qolları, sonra da ayaqları şişir. Kifayət qədər dözümlü olan X.-nın çığırtısı az qala bütün həbsxanada eşidilir. Ancaq onun əl-ayağını açmırlar. Yalnız gündə iki dəfə – günorta və axşam yemək verilir. Yemək vaxtı onun yalnız qolları açılır, azca dikəlir, oturan vəziyyətdə yeyir. “Sever”ə (ayaqyolu) getməyə isə hər gün yalnız bir dəfə icazə verilir. Qaydaya görə, məhbus təbii ehtiyacı olduqda “sever”ə getmək istədiyini deyə bilər. Ancaq bir şərtlə ki, gərək həmin vaxt “nadzor”u aldatmasın. Belə ki, “karser”dəki məhbus təbii ehtiyacını ödəyərkən “nadzor” onun başı üzərində durub yalan danışıb-danışmadığını yoxlamaq üçün... baxır. Əgər məhbus onu aldadıbsa, “karser”də qalma müddəti uzadılır.
X. beləcə 15 gün “karser”də saxlanılır. Bərk xəstələnir. Ancaq “karser”dən sonra ondan işləməsi tələb olunur. Çin həbsxanasındakı qaydalara görə, məhbuslar həbs müddətində işləyərsə, onlara pul verilmir. Əvəzində, həbs müddəti azaldılır. Məsələn, bir il işləyənin həbs cəzası ilyarım azaldılır.
“Ölüm palatası”: 118-dən 65 kiloqrama
Beləliklə, X. işləməyə başlayır. Onun həbs cəzasının 11 ayı ləğv edilir. Ancaq “karser”dəki soyuqdəymə özünü çox pis göstərir: ağır xəstələnir, yeriməyə taqəti də olmur. O, həbsxanadakı “ölüm palatası”na yerləşdirilir!
Onun ölüm ayağında olması barədə xəbər Gədəbəy rayonundakı ailəsinə çatdırılır. Qardaşı Urumçiyə gəlir. Onunla birlikdə Çindəki Azərbaycan səfirliyinin nümayəndəsi də X.-ya baş çəkməyə gəlir. Onu görüşə məhbuslar belinə götürüb gətirir: çünki artıq yeriyə bilmirdi. Qardaşı da, əvvəlcədən onu tanıyan səfirlik nümayəndəsi də boyu 193 santimetr, çəkisi 118 kiloqram olan, indi isə şam kimi əriyərək 65 kiloqrama düşmüş X.-nı tanıya bilmirlər.
Urumçidəki xəstəxanalardan birinə yerləşdirilərək, müalicəsinə başlanılır. Müalicənin xeyri olsa da, tam özünə gələ bilmir. Yenidən həbsxanaya qaytarılır. Burada isə ona bir iynə vurulur. Həmin iynədən sonra o nə düşünə, nə fikrini ifadə edə bilir, elə bütün günü key-key gəzir (həmin iynənin təsiri 2009-cu ilin sonlarında keçib).
İynə vurulandan 5 ay sonra - 2007-ci ilin noyabr ayında X.-nın atasının və digər azərbaycanlı məhbusların yaxınlarının Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciətindən sonra onun Azərbaycana ekstradisiya olunması barədə qərar qəbul edilir. Onunla birlikdə Elşad Alıyev, Etibar İsmayılov və Elman Alıyev də Azərbaycana gətirilir ki, cəzalarının qalan hissəsini vətəndə çəksinlər (Etibar İsmayılov və Elman Alıyev X.-nın cinayət ortaqlarıdır. Onlar hazırda müxtəlif cəzaçəkmə müəssisələrində “yatır”).
Ana oğlunu görə bilmir
Beləliklə, azərbaycanlı məhbuslar təyyarəylə Bakıya gətirilir. Onları Bayıldakı İstintaq Təcridxanasına gətirirlər. Burada olarkən X.-nın yanına həyat yoldaşı, atası, başqa qohumlar gəlir. Övladları da gəlir təbii ki. O, 1 yaşında ikən ayrıldığı övladını hərbi xidmətini başa vurmuş görüb: güclə tanıyır. Deyir, uşaq qoyub getdiyim oğlan böyüyüb kişi olmuşdu.
Bir sözlə, hamı gəlir, təkcə anasından başqa. Yanına gələn yaxınlarından “anam niyə gəlmir?” soruşsa da, cavab verirlər ki, xəstədi, gələcək. Günlərin birində atası gəlib deyir ki, anan ölüb... Sonra isə öyrənir ki, o, Çində həbs olunandan anası saçına daraq vurmur, “oğlum gəlib başımı darayacaq” deyirmiş. Elə bu arzuyla da dünyadan köçür.
Bakıdakı məhkəmədən sonra X. indi cəza çəkdiyi 9 saylı Cəzaçəkmə Müəssisəsinə gətirilib.
P.S Yazıda adı çəkilən Eldar (soyadı Verdiyevdir) – hansı ki, o, Alma-Atada olarkən Urumçidəki dörd nəfər azərbaycanlını öldürməyi təklif etmişdi - bir müddət əvvəl dünyasını dəyişib.
P.P.S Mən X. ilə söhbət edəndə 9 il 2 aydan azca çox idi ki, “yatırdı”. O, verilən cəzanın üçdə iki hissəsini çəkib. Cəzaçəkmə Müəssiəsində (CM) qayda pozuntusuna yol vermədiyinə görə, CM daxili məhkəməylə azadlığa buraxılacağı gözlənilir. Azadlığı çıxandan sonra bizneslə məşğul olacağını düşünür. Sonda özü yazdığı daha bir şeir də dedi:
Allah səndən arzum budur:
Kim əyri yol yolçusudur,
Özün ona lənət eylə.
Düşərəmsə mən bu yola,
Qol-qıçımdan məhrum eylə...
Pərvin ABBASOV
[email protected]

698