Məhkəmələrdə ədaləti necə təmin etməli?
Hüquqşünaslar bu mövzu ətrafında ictimai müzakirələr aparıb
Bu gün Bakıda “Ədalətli məhkəmə araşdırması: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. İnsan Hüquqları Üzrə Hüquqşünaslar Komitəsinin təşkilatçılığı ilə təşkil olunan təbirdə son 2 ildə məhkəmə monitorinqləri ilə əldə edilən problemlər və gələcək perspektivlər müzakirə edilib.
Lent.az-ın məlumatına görə, komitənin sədri Akif Əlizadə rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi məhkəmə monitorinqlərinin nəticələrindən danışıb. O, qeyd edib ki, monitorinq zamanı həbs və digər qətimkan tədbirlərinə dair həm qanunvericilikdə, həm də praktikada çoxlu problemlər və ziddiyyətli məsələlər ortaya çıxıb. Belə ki, məhkəmələr tərəfindən həbs qətimkan tədbirlərinin seçilməsi prosesində əvvəllər olduğu kimi yenə də əsas söz sahibi prokurorluq olub. Onun sözlərinə görə, qanunda qətimkan tədbiri olaraq həbsin seçilməsi səlahiyyətinin 2000-ci il sentyabrın 1-dən prokurorluqdan alınaraq məhkəmələrə verilməsi təcrübədə müsbət irəliləyiş yaratmayıb.
“Ancaq indi vəziyyətin yaxşılığa doğru dəyişməsi üçün böyük ümidlər yaranıb. Edilmiş müraciət və KİV-də gedən kampaniyadan sonra Ali Məhkəmə rəhbərliyi səviyyəsində məhkəmələr tərəfindən həbsin seçilməsi prosesinə diqqət yetirilib, ötən il noyabrın 3-də keçirilən plenumda məhkəmələrin həbs qərarları müzakirə edilmiş və vəziyyətin dəyişməsinə rəvac verən qərar qəbul edilib” – deyə, komitə sədri bildirib.
Akif Əlizadə deyib ki, Ali Məhkəmənin plenumundan sonra Məhkəmə-Hüquq Şurasının iclasında da bu məsələ müzakirə olunub. Həmin iclasda qətimkan tədbirlərinin ən ciddi növü olan həbsin cinayət prosessual qanunvericiliyin tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi nəzərə alınmadan əsassız seçilməsinin, bu işə formal münasibət bəslənməsinin yolverilməz olması qeyd olunub.
Layihənin koordinatoru Səməd Vəkilov isə ədalətli məhkəmə araşdırmasında çoxlu problemlərin olduğunu qeyd edib. Onun sözlərinə görə, milli qanunvericilik ədalətli məhkəmə hüququna tam təminat versə də, onun tətbiqində xeyli problemlər mövcuddur. Hüquqşünas qeyd edib ki, məhkəmədə tərəflərin bərabərliyi və işə çəkişmə prinsipi ilə baxılması, pulsuz hüquqi yardım göstərilməsi, işlərə ağlabatan müddətdə baxılması, məhkəmə qərarlarının əsaslandırılması, məhkəmə qərarlarının icra edilməsi hələ də lazımi səviyyədə deyil.
Dəyirmi masada İnsan Hüquqları Üzrə Hüquqşünaslar Komitəsinin hazırladığı “Ədalətli məhkəmə araşdırmasının monitorinqi” kitabı da iştirakçılara təqdim olunub. Kitabda məhkəmə monitorinqlərinin hesabatları, monitorinqlərin predmeti olan həbs və sair qətimkan tədbirlərinin tətbiqini tənzimləyən və ədalətli məhkəmə araşdırması hüququna təminat verən milli və beynəlxalq qanunvericilik normaları, hesabatların hazırlanmasında istifadə edilən mənbələr və mətbuatda dərc olunan materiallarının qısa xülasəsi verilib.
Təqdimat mərasimindən sonra tədbir mövzu ətrafında müzakirələrlə davam edib. Sonda tədbir iştirakçıları məhkəmələrin çıxardığı qərarlarda ədalət prinsiplərinin qorunması üçün irəli sürülən təkliflər ümumiləşdirilib və həmin təkliflərin müvafiq dövlət qurumlarına təqdim edilməsi tövsiyə olunub.
Elxan SALAHOV

352