“Qızımı öldürüb, nəcisin içində basdırdım”
Oxuduğunuz bu hekayə bir atanın törətdiyi, lakin 4 il məsuliyyətdən boyun qaçırdığı hadisənin təfərrüatlarıdır.
Bu iş üzrə məhkəmə prosesi qapalı keçirildiyindən iş üzrə təqsirləndirilən, zərərçəkən kimi tanınmış şəxslərin adları dəyişdirilib.
Haqqında söhbət açacağımız qətl hadisəsi dörd il əvvəl baş verib. Lakin üstündən uzun müddət keçməsinə baxmayaraq mərhumun ailə üzvlərindən başqa heç kim bundan xəbər tutmayıb. Uzun müddətdən sonra hadisənin üstü açılıb. Buna səbəb həmin ailənin gəlini olub. Gəlin Nərminə Vəliyeva 2008-ci il iyul ayının 24-də ərizə ilə Binəqədi rayon prokurorluğuna müraciət edib. O, prokurorluğa ünvanladığı ərizəsində qayınatası Mirzə Vəliyevin baldızı Dilbəri 2005-ci ilin dekabr ayında boğaraq öldürdüyünü və həyətdəki ayaqyolunda basdırdığını söyləyib.
Ötən illər ərzində Dilbər Vəliyeva barədə hər hansı bir məlumatın olmaması, bu müddətdə yaxınlarının onu axtarmamaları və polis orqanlarına müraciət etməmələri adıçəkilən şəxsin qəsdən öldürülməsini güman etməyə əsas verdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb.
İstintaq zamanı Mirzə Vəliyev şübhəli şəxs qismində dindirilib. O, qızını öldürmədiyini və sonuncunun ona məlum olmayan yerdə yaşadığını söyləyib. Lakin Dilbərin meyiti basdırıldığı yerdən çıxarılıb tanınması üçün ona təqdim olunarkən o, "uduzdum" deyərək törətdiyi cinayət əməlini məcburiyyət qarşısında etiraf edib.
İstintaq yolu ilə müəyyən edilib ki, M.Vəliyev qızı Dilbərin 2003-cü ildən etibarən əxlaqsızlıqla məşğul olmasını bilib. Onun Naxçıvanın Şərur rayonunda yaşadığı müddətdə gəlininin evində də öz çirkin əməllərindən əl çəkmədiyini eşidib. Bu haqda ona oğlu Tufan söyləyib. O, da Tufandan bacısını Bakı şəhərinə yola salmasını xahiş edib. Ertəsi gün M.Vəliyev Dilbəri Binə hava limanında qarşılayaraq, onu Siyəzən rayonu Qara Siyəzən kəndindəki evlərinə aparıb. Evdə Dilbəri danladıqdan sonra ondan əxlaqsız hərəkətlərlə məşğul olmasına son qoymasını tələb edib. Dilbər isə atasının sözlərini o qədər də ciddi qəbul etməyib. Qızının hərəkətlərindən bezən ata onu öldürmək qərarına gəlib. O, Dilbərin qollarını arxadan iplə bağlayaraq, əlləri ilə onu boğmağa başlayıb. Sonra meyiti evdə olan iri çantanın içərisinə yerləşdirib və həyətdə olan ayaqyolunda basdırıb.
Təqsirləndirilən şəxs qismində dindirilən M.Vəliyev ifadəsində göstərib ki, qızı Dilbər 8-ci sinifdə oxuyarkən qızlarından biri ona deyib ki, Dilbəri Siyəzən şəhər sakini Nofəl Rzayev evlərinə apararaq, bəkarətini pozub. O, da qızlarından Nofəlgilin telefon nömrəsini alaraq, onlara zəng vurub və oğlanın anası ilə danışıb. Anasına “oğluna heyfin gəlsin, bizə gəl söhbət eləyək” deyib: "Anası nə olduğunu soruşanda dedim ki, gəlsin, danışaq. İki gün sonra Nofəlin anası bizə gəldi. Ona vaxtında gəldiyini, sonra gec olacağını dedim. Nofəlin anası isə, "mən qohumlarımla gəlib qızın barmağına üzük taxacağam"- dedi. 3-4 gündən sonra Nofəlgil Dilbərə nişan qoydular. Nişanlanandan sonra Nofəl bizə gəlib-gedirdi. Günlərin birində Nofəl və qızıma dedim ki, hazırlaşsınlar kəndə gəzməyə gedək”.
"Qayıdanda qızımı evdə tapmadım"
Dilbər başı ağrıdığını deyərək, onlarla getmək istəməyib: “Mən də Nofəl və kiçik oğlum Vəli ilə Qara Siyəzən kəndində olan həyətimizə getdik. 3-4 saatdan sonra evə qayıdanda gördüm Dilbər yoxdur. Nofəl həmin vaxt evə girməmişdi, çıxıb getmişdi. Təxminən 2-3 saat keçmiş Dilbər gəldi. Ondan haradan gəldiyini soruşduqda Dilbər rəfiqəsigildən gəldiyini dedi. Onu danladım, dedim “sən nişanlı qızsan, axırıncı dəfə olsun ki, özbaşına harasa gedirsən”. Dilbər də bir daha icazəsiz heç yana ayaq basmayacağına söz verdi”.
"Mənə dedilər ki, qızın başqası ilə gəzir"
Hadisədən 15-20 gün sonra atası yenə də kənddən qayıdanda Dilbəri evdə tapmayıb. Qızı evə gələndən sonra isə onu möhkəm döyüb: “Bir neçə gün keçmiş Nofəlin anası qızları ilə mənim üstümə gəldilər, “sənin xəbərin yoxdur, gedirsən kəndə, sənin qızın burada yüz oyun çıxarır, Turalla gəzir” dedilər. Turalın kim olduğunu soruşduqda Nofəlin anası onun Siyəzəndə yaşadığını bildirdi. Onlara dedim, “siz gedin, mən bu məsələni özüm araşdıracağam”. Turalın telefon nömrəsini və yaşadığı ünvanı öyrəndim, Dilbəri çağırıb bu barədə ondan soruşdum. And-aman elədi ki, elə bir şey yoxdur, yalan deyirlər. Turalın ev telefonuna zəng vurduqda telefonu bir qadın götürdü. Həmin qadından Turalı soruşdum. Evdə olmadığını biləndə telefon nömrəmi verib dedim ki, gələndə mənə zəng vurmasını söyləsin”.
"Qızım gözümün içinə baxa-baxa yalan danışırdı”
Bir-iki gündən sonra Tural qızın atasına zəng edərək, onu axtarmasının səbəbini soruşub. Qızın atası Turalı danışmaq üçün evlərinə çağırıb: Həmin gün axşam Tural qardaşı, bacısı və həyat yoldaşı ilə birlikdə bizə gəldi. Onun bu qədər camaatla qapıma gəlməsindən şübhələndim, lakin əhəmiyyət vermədim. Turala dedim ki, qızımla gəzdiyi barədə söz-söhbət yayılıb. Ondan mənə həqiqəti deməsini istədim. “Onsuzda səni vuracağam. Qoy, elə indi vurum” dedim. Tural mənə "Mirzə sən nə danışırsan, heç mən sənin uşağını tanımıram. O, mənim qızım yerindədir, eşitdiyimə görə nişanlıdır, mən sənə qarşı heç vaxt elə hərəkət eləmərəm” - dedi. Onun dediklərinə inandım. Amma sonradan Turalın sözləri yalan çıxdı və məlum oldu ki, o, həqiqətən də qızımla gəzir. Bu səbəbdən də Nofəlgil nişanı qaytardılar. Bundan sonra Dilbər evdən qaçmağa başladı. O, 3-5 günlərlə qaçıb gedir, evə gəlmir, sonra bacıları tutub gətirirdilər. Dilbər evə gəlmirdi, özündən 20-25 yaş böyük Turalın yanında qalırdı. Tural onun döyür, söyür, bədənində siqaret söndürür, bədənini yandırır, üstünə qaynar su tökür, bir sözlə ona olmazın işgəncələr verirdi. Buna baxmayaraq, Dilbər yenə də onun yanına gedirdi. Həmin ərəfədə səhv dərman içdiyimə görə mədəm deşilmişdi, xəstə idim”.
"Qızım polisə məndən şikayət etmişdi”
Atası Dilbəri Qara Siyəzən kəndindəki evə aparıb. Ancaq Dilbər 3-4 saatdan sonra oradan qaçıb. Gecəyarısı yoldan keçən maşına minərək Siyəzən Rayon Polis Şöbəsinə gedib, atasının onu öldürmək istədiyini deyib: “Həmin vaxtı Dilbəri öldürmək fikrim yox idi. Onu kəndə aparmaqla Turaldan uzaqlaşdırmaq istəyirdim. Dilbər polisdə özünü dəli kimi apardığından polislər onu Qubadakı dəlixanaya göndərdilər. Qubaya gedib onu dəlixanadan gətirdim. İki gündən sonra yenə evdən qaçdı. Bir neçə aydan sonra sorağı Naxçıvandan gəldi. Mərhum oğlum Tufanla Şərurdan olan gəlinim Nərminə onu Naxçıvana aparıblar”.
Ancaq Dilbər qardaşı ilə də yola getməyib, evdə tez-tez dava-dalaş salıb: “2005-ci ilin dekabrın axırlarında Tufan Naxçıvandan zəng vurdu ki, Dilbərlə bacara bilmir, qız onlarla yola getmir. Deyirmiş ki, onlarla qalmaq istəmir. Tufana dedim ki, Dilbəri Bakıya yola salsın, qarşısına çıxıram. Hava limanında Dilbəri qarşıladım. Avtobusa minib Siyəzənə yollandıq, Qara Siyəzən kəndinə çatdıq. Avtobusu saxlatdırıb düşəndə Dilbər məndən niyə kəndə düşdüyümüzü soruşdu. Ona, "anan da kənddədir" - dedim. Evə çatdıq. Açarla qapını açanda Dilbər “bəs deyirdin anam da burdadır, məni bura niyə gətirmisən” - deyə soruşdu. Ona bir az söhbət edib sonra gedəcəyimizi bildirdim. Mətbəxə keçib iki stəkan çay süzüb birini Dilbərin qabağına, birini isə öz qabağıma qoydum. Dilbər stəkanı əlinin arxası ilə necə vurdusa, çay stolun üstünə dağıldı. Onsuz da onun əxlaqsız hərəkətlərindən cana yığılmışdım. Çayı da dağıtmasından daha da hirslənib ayağa qalxdım. Sillə ilə necə vurdumsa Dilbər yerə yıxıldı. Kəndiri götürüb qollarını arxadan bağladım. Boğazından yapışaraq, boğub öldürdüm. Əlimi çəkəndə Dilbər artıq canını tapşırmışdı.
Onu basdırmaq üçün hazır qazılmış yer olmadığından evdəki çemodanı gətirib meyiti oraya yerləşdirdim. Çemodanın ağzını bağlayıb evə qoydum. Sonra evdən çıxıb ayaqyolunun içini qazmağa başladım, səhərə qədər qızıma layiq məzarı qazıb qurtara bilmədim. Səhər tezdən Siyəzənə qayıtdım. Gündüz orda qaldım. Axşam yenə tək kəndə qayıdaraq qazıntını davam etdirib, yerin dərinliyini 2 metrə çatdırandan sonra içərisində meyit olan çemodanı həmin yerə atdım. Sonra həmin yeri torpaqla doldurdum”.
“Namusum təmizləndi, indi rahatam”
O, qızını öldürdüyünə görə əsla peşman olmadığını deyir: “Peşman deyiləm, çünki o, əxlaqsızlıq edir, pozğunluqla məşğul olurdu. İndi rahatam. Çünki, Dilbər layiq olduğu yerdədir, nəcisin içində. Fikirləşdim ki, bu işin üstü örtülü qalacaq, heç kimin xəbəri də olmayacaq. Ona görə də, qızımı öldürməyim barədə heç kimə xəbər vermədim. Gəlinimin məni ələ verəcəyinə də inanmırdım. Amma olsun, düz eləmişəm, onu mənə versələr, bir də öldürərəm”.
P.S Məhkəmə övlad qatili atanı 10 illik həbsə məhkum edib.
Fərid Əkbərov
[email protected]

822