
Bağırsağında Azərbaycana tiryək keçirmək istədi
0
0
Gömrükçülər İranla sərhəddə narkotik vasitə ələ keçiriblər. Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycana gələn Azərbaycan vətəndaşı Aslan Məmməd oğlunun üzərində yoxlama həyata keçirilib. Yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 11 ədəd bükümdə, ümumi xalis çəkisi 160,129 qram tiryək aşkar olunaraq götürülüb.
0
0