Sumqayıtda övlad sevgisi həyəcan yaratdı
Bu gün Sumqayıt şəhərində vətəndaş iki azyaşlı övladının mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermədiyindən narahat olub və kömək üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə müraciət edib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından eniblər. Xilasedicilər mənzilə daxil olub və giriş qapısını açıblar. Mənzildə yatmış vəziyyətdə aşkarlanmış uşaqlar valideynlərinə təhvil verilib.
2278