                        Gürcüstanda Kürün suyu kəskin azalıb –
                                    
                                    0
                                
                                    0
                                
                                Gürcüstan paytaxtında Kür çayı iki metrədək azalıb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, son günlər Kür çayının səviyyəsində azalma müşahidə edilir.
 
Tiflis şəhər sakinləri bu hadisəni narahatlıqla qarşılayırlar: “Çünki Kürün səviyyəsi azaldıqca, çirkab sular Kürə axıdılacaq, şəhərdə təmizlik olmayacaq. Nəticədə Kür suları ilə suvarılan bağlarda yetişən meyvə-tərəvəz ekoloji cəhətdən təmiz olmayacaq. Son günlər havaların quraqlıq keçməsi də Kür sularının azalmasına səbəb olub”.
 
Sakinlər bildiriblər ki, son on ildə Kürün belə azalması baş verməyib.