Bu gün Aşuradır
Bu gün hicri-qəməri təqvimi ilə 1434-cü il Məhərrəm ayının 10-u günü - Aşuradır.
Məhərrəm ayı hicri-qəməri ilinin ayları arasında müqəddəs, möhtərəm aylardan biridir. Bu ay İslam dinində döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı, həm də Aşura - Məhərrəm ayının 10-cu günü İmam Hüseyn (ə) və əhli-beyt tərəfdarlarının Kərbəlada şəhadətə yetirildiyi ay kimi daxil olub. Bu, müsəlmanların tarixinə ən acı, eyni zamanda qürur bəxş edən bir hadisə kimi daxil olub.
APA-nın məlumatına görə, Aşura günü Kərbəla şəhidlərinin xatirəsi Azərbaycanda da xüsusi mərasimlərlə yad edilir.
Məscidlərdə, ibadət ocaqlarında bu münasibətlə tədbirlər keçirilir. Eyni zamanda son illər Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü ilə İmam Hüseyn (ə) naminə tibbi ehtiyaclar üçün qan verilməsi aksiyaları təşkil edilir. Ənənəvi olaraq, ilk qanvermə aksiyasına QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə və ölkənin tanınmış ictimai xadimləri qatılır.
QMİ-dən bildirilib ki, noyabrın 25-də Bakıdakı yeddi və bölgələrdəki altı məsciddə qanvermə aksiyası keçiriləcək. Noyabrın 25-də Bakıda yeddi məsciddə və bir ziyarətgahda, bölgələrdə isə altı məsciddə QMİ-nin xətti ilə qanvermə aksiyası keçiriləcək. Vətəndaşlar Təzəpir, Hacı Soltanəli, Bibiheybət, İçərişəhər Cümə, Qaraçuxur, Keşlə qəsəbə məscidlərində, Mir Mövsüm ağa ziyarətgahında, Sumqayıt şəhər Cümə məscidində, Gəncədəki İmamzadə məscidində, Mingəçevir şəhər Heydər məscidində, Şəki şəhər məscidində, Lənkəran şəhər Böyükbazar məscidində və Bərdə şəhər Cümə məscidində qanvermə aksiyasına qoşula bilərlər.

Oxşar yazılar

Şəmkirdə maşın piyadanı vurub öldürdü
15 iyul 2025 , 00:39
Zaqatalada iki avtomobil toqquşdu
14 iyul 2025 , 22:54
Motosikleti "tək təkər" sürən sürücü HƏBS EDİLDİ-VİDEO
14 iyul 2025 , 20:49
Bakıda motosikletlə avtoxuliqanlıq: sürücü həbs edildi
14 iyul 2025 , 19:49
Bakıda avtobus kişini vurub ÖLDÜRDÜ
14 iyul 2025 , 19:33
Bakıda sinaqoqa terror hücumu hazırlayarkən tutulan İŞİD-çi məhkəmədə ifadə verdi
14 iyul 2025 , 19:25
Araz çayında batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
14 iyul 2025 , 18:15