Dünya bu gün
18 noyabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

1830. Belçika müstəqilliyini elan edib

1868. Dmitri Mendeleyev “Rus kimya Cəmiyyəti”ni təsis edib

1870. Fransanın Paris və Tur şəhərləri arasında ilk dəfə rəsmi olaraq göyərçin poçtu tətbiq edilib

1918. Litva müstəqilliyini elan edib

1927. Azərbaycan Kommunist Partiyasının 12 noyabrda başlayan 15-ci qurultayı başa çatıb.

1927. Ankara Radiosu fəaliyyətə başlayıb

1928. “Walt Disney və Mickey Mouse”un təqdimatı keçirilib

1931. Yapon qoşunu Mancuriyanı işğal edib

1933. İstanbul Darülfünunu yeni adla (İstanbul Universiteti) fəaliyyətə başlayıb

1963. Əbdül Səlim Arif İraqda hakimiyyəti ələ keçirib, Səddam Hüseyn həbs edilib

1976. 36 illik diktatura rejimindən sonra İspaniyada respublika qurulub

1983. BMT Təhlükəsizlik Şurası “Kuzey Kıprız Türk Cümhuriyyəti”ni tanımaqdan imtina edib

1992. Azərbaycan Respublikası NATO-nun Parlament Məclisinə assosiativ üzv seçilib

1992. Azərbaycan Respublikası Gürcüstanla diplomatik münasibətlər qurub

1995. Vatikan qadınlara dini vəzifələr verilməsini qadağan edən qərarı yenidən qüvvədə saxlayıb

1997. “Mədəniyyət haqqında Azərbaycan Respublikası Qanunu” qəbul edilib

1997. Ukraynanın Donetsk bölgəsində daş kömür şaxtasında baş verən partlayışda yüz nəfərdən çox işçi həlak olur. Şaxtanın təqribən 1000 metr dərinlikdə yerləşdiyi üçün cəsədlərin çoxunu çıxarmaq mümkün olmayıb. Ölkədə 1 gün matəm elan edilib

1999. Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql edilməsinə dair Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli sazişi imzalanıb

1999. ATƏT-in İstanbul zirvə görüşü keçirilib. Görüşdə Azərbaycan prezidenti Heydər Əliyev “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq Paktı” təsis edilməsi təşəbbüsünü irəli sürüb. Zirvə görüşündə Azərbaycan İstanbul Bəyannaməsinə və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulub

2009. Maltalı deputat Jozef Debono Qrex Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi təyin edilib.

2010. Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının 3-cü zirvə görüşü keçirilib

2011. MDB Müdafiə Nazirləri Şurasının Almatıdakı toplantısında Azərbaycan Müdafiə Nazirliyi Ukrayna və Belarus Müdafiə nazirlikləri ilə sənədlər imzalayıb.

Günün aforizmi

“Səddamın bəşəriyyətə qarşı cinayət törətməsi heç kəsə sirr deyil... O, öz fəaliyyətini heç zaman gizlətməyib. Qərb isə onu hər zaman müdafiə edib. Çünki İrana müxalif bir insan kimi Səddam çox lazımlı idi”.

“Səddam Hüseynin qara kitabı”ndan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1032

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21