Elşad Abdullayev hakimlə söhbətinin videosunu yaydı
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Hacı Ağababa Babayevlə görüşünü əks etdirən videogörüntü yayıb.
Lent.az-ın verdiyi məlumata görə, videogörüntünü “Azadlıq” qəzeti yayıb.
Videogörüntüdə Hacı Ağababa Babayev hüquq-mühafizə orqanlarının rəhbərliyində çalışan şəxslərdən biri ilə görüşündən danışır. O bildirir ki, görüşdə həmin məmur Mahir Abdullayevin sağ olduğunu, saxlanıldığını bildirib. Hakim isə 2 il 8 aydan sonra Mahir Abdullayev azadlığa çıxacağı halda bunun cəmiyyətə necə izah olunacağı ilə maraqlanıb. Hüquq-mühafizə orqanının rəhbərliyində çalışan şəxs isə bu məsələ üzərində düşündüklərini bildirib. Hacı Ağababa Babayev Elşad Abdullayevə deyir ki, onun qənaətinə görə qardaşı dələduzluqda, hansısa məsələdə günahlandırılaraq məhkəməyə çıxarılacaq, sonra da azadlığa buraxılacaq. Hacı Ağababa Babayev bu işlə bağlı yaxın günlərdə hüquq-mühafizə orqanlarının rəhbərliyində çalışan daha yüksək rütbəli bir şəxslə görüşəcəyini və həmin görüşdə bu məsələnin həllini tapacağına inandığını da söyləyib.
Qeyd edək ki, sabiq rektor hakimlə söhbətinin 2007-ci ilin iyuluna təsadüf etdiyini bildirib. Elşad Abdullayev qeyd edib ki, qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevin oğurlanması faktına görə başlanmış cinayət işinin istintaqını aparmaq məqsədi ilə Baş Prokurorluqda yaradılmış Müstəqil İstintaq Komissiyasına da Hacı Ağababa Babayev ilə söhbətinin video və audio yazılarını 2 mart 2009-cu ildə rəsmi qaydada, protokol ilə təqdim edib. Eyni zamanda bu video və audio yazılar rəsmi qaydada MTN-in əməkdaşı Rəsul Rəsulova verilib.

5615