“Texnikabank”ın həbsdən azad edilən sabiq rəhbəri danışdı
16 noyabr 2012 16:56 (UTC +04:00)

“Texnikabank”ın həbsdən azad edilən sabiq rəhbəri danışdı

“Düşünürəm ki, daxil olan informasiyalar araşdırılmalı idi. Bu mənada hüquq-mühafizə orqanlarının addımlarını haqlı sayıram”. Lent.az-ın məlumatına görə, bunu “Qafqazinfo”ya açıqlamasında bu gün həbsdən azad olunan tanınmış iş adamı, “Texnikabank”ın sabiq rəhbəri Etibar Əliyev deyib.

Sabiq bank rəhbəri qeyd edib ki, azadlığa buraxılması üçün həm müvafiq strukturlara, həm də dövlət rəhbərliyinə təşəkkürünü bildirir. O öz həbsini və azadlığa buraxılmasını qısaca belə şərh edib: “Hər hansı daxil olmuş informasiyanın araşdırılması 1 ay da, 9 ay da çəkə bilər. Düşünürəm ki, əsas nəticədir. Mənimlə bağlı daxil olan məlumatların da yoxlanılması bu qədər çəkdi və mən bu gün evimdəyəm. Obyektiv münasibətə görə hər kəsə minnətdaram”.

Qeyd edək ki, E. Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində bu ilin mart ayında həbs olunmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3100

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21