Moskvada 18 yaşlı Azərbaycan vətəndaşı həbs olunub
15 noyabr 2012 23:24 (UTC +04:00)

Moskvada 18 yaşlı Azərbaycan vətəndaşı həbs olunub

Rusiya paytaxtında hərəkətdə olan gəlin kortejindən havaya atəş açan 18 yaşlı Azərbaycan vətəndaşı barəsində həbs qərarı çıxarılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün Tver Rayon Məhkəməsinin qərarı ilə Seymur Nəbizadə barəsində həbs qəti-imkan tədbiri seçilib.

S. Nəbizadə məhkəmədən 100 min rubl məbləğində zaminə buraxılmağını xahiş edib: “Mən başa düşmüşəm ki, haqsızam. Axmaqlıq etmişəm. Xahiş edirəm məni həbs etməyin. Mənim qohumların zamınə buraxılmağım müqabilində 100 min rubl məbləğində pul verməyə hazırdırlar ”. Lakin onun xahişi məhkəmə tərəfindən rədd edilib və bir ay müddətinə həbs qəti-imkan tədbiri seçilib.

Qeyd edək ki, Seymur Nəbizadə Moskvada gəlin kortejində avtomobillə hərəkət edərək havaya travmatik silahla bir necə dəfə atəş açıb. Hadisə şahidləri və yerli sakinlər polisə bu barədə məlumat veriblər.

Polis gəlin kortejindəki avtomobilləri saxlamağa cəhd etsə də, avtomobillərin sürücüləri polisin “Saxla!” əmrinə riayət etməyiblər. Bir neçə polis maşını maşın karvanını toy mərasiminin keçirildiyi “Safisa” şadlıq sarayına qədər qovub.

Yolu bağlayan polis maşınları saxlayıb. Doqquz azərbaycanlının üzərinə və avtomobillərinə baxış keçirilib. Bu zaman Seymur Nəbizadənin üzərindən 1 ədəd “Makarov“ tipli travmatik tapança, avtomobilindən isə bir ədəd travmatik silah, qandal və çoxlu sayda patron aşkarlanaraq götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1864

Oxşar yazılar

Gəncədə qazi intihara cəhd  etdi

Gəncədə qazi intihara cəhd etdi

24 aprel 2025 , 18:53
Azərbaycanda daha bir DOĞUŞ FACİƏSİ:  körpə öldü - YENİLƏNİB

Azərbaycanda daha bir DOĞUŞ FACİƏSİ: körpə öldü - YENİLƏNİB

24 aprel 2025 , 17:52
140 yumurta oğurladı:  7 il həbs cəzası  verildi

140 yumurta oğurladı: 7 il həbs cəzası verildi

24 aprel 2025 , 16:35
Qubada it  məktəblinin başını   yedi -YENİLƏNİB

Qubada it məktəblinin başını yedi -YENİLƏNİB

24 aprel 2025 , 16:10
Əvəz Zeynallı ilə bağlı YENİ MƏHKƏMƏ

Əvəz Zeynallı ilə bağlı YENİ MƏHKƏMƏ

24 aprel 2025 , 16:06
Bakıda ŞOK OĞURLUQ:  qəbirləri qazıb qızıl dişləri oğurladı

Bakıda ŞOK OĞURLUQ: qəbirləri qazıb qızıl dişləri oğurladı

24 aprel 2025 , 15:25
Ukrayna onu Azərbaycana təhvil verdi

Ukrayna onu Azərbaycana təhvil verdi

24 aprel 2025 , 14:57
İsmayıllıda zəlzələ  oldu

İsmayıllıda zəlzələ oldu

24 aprel 2025 , 14:45