Azərbaycanlı “qanuni oğru”lar İstanbulda “sxodka”ya çıxdı
İstanbulda beş ulduzlu otellərin birində azərbaycanlı “qanuni oğrular”ın sxodkası keçirilib. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, “sxodka”da iki tərəf, 38 yaşlı “Vaxa” ləqəbli qanuni oğru Baxış Əliyev və “Rövşən Lənkəranski” kimi tanınan Rövşən Canıyev iştirak ediblər.
“Sxodka”nın Kiyev, Xarkov və Odessada, habelə Rusiyanın bəzi şəhərlərində nüfuz dairəsinin bölüşdürülməsi ilə bağlı keçirildiyi barədə məlumatlar var. Başqa bir məlumatda isə deyilir ki, “sxodka” vaxtı “Vaxa” - Baxış Əliyevin yanında iki azərbaycanlı olub. “Lənkəranski” isə “sxodka”ya Moskvadan yaxın olduqları iki gürcü “qanuni oğru” ilə gəlibmiş.
Xatırladaq ki, əslində Rusiya vətəndaşı olan azərbaycanlı “qanuni oğru”, “Vaxa” ləqəbli Baxış Əliyev bir qədər əvvəl Ukraynadan deportasiya edilib. Lent.az-ın məlumatına görə, Əliyevə 3 il müddətinə Ukraynaya gəlmək yasaq olunub.
Məlumata görə, Baxış Əliyev Gürcüstanda anadan olub, bir müddət Bakıda yaşayıb, sonra isə Rusiyaya köçərək, orda vətəndaşlıq alıb. Bir neçə il əvvəl oğru “sxodkası”nda “qanuni oğru” adını alıb.
Rövşən Canıyev isə 1975-ci ildə il yanvarın 27-də Lənkəran şəhərində doğulub. Azərbaycan vətəndaşı, orta təhsilli, ailəlidir. İlk dəfə 1996-cı ildə 2 il müddətinə həbs edilib. Rövşən Canıyev atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib. Səbail rayon məhkəməsinin 04.03.1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə R.Canıyev cinayət məsuliyyətindən azad edilib.
Rövşən Canıyev oğru aləmində "Rövşən Lənkəranski" kimi tanınır. 2002-ci ildə Rövşən barəsində cinayət işi təzələnir. Lakin Rövşən istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 01.07.2002-ci ildə axtarış elan olunub. 2009-cu ilin dekabrın 3-də Ukraynada həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub. Dövlət ittihamçısı R.Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.
Onun hazırda həm Moskva, həm də Ukraynada yaşadığı deyilir.
Səbuhi Məmmədli

11220