Millət vəkili və qardaşlarına qarşı 1 milyon dollarlıq iddia təmin olunmadı
APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Rusiyanın Azərbaycanda fəaliyyət göstərən “Nikoil Bank”ı əvvəlcə kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməklə ödənilməsi barədə iddia ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Bank iddia ərizəsində borcun ümumi məbləğini 879 618 manat (1,1 milyon ABŞ dolları) göstərib. Binəqədi Rayon Məhkəməsi iddianı qismən təmin edib. Lakin Bakı Apellyasiya Məhkəməsi aktı qismən ləğv edib və yeni qətnamə çıxarıb. Həmin qərardan isə kassasiya şikayəti verilib.
Deputat Rəfael Cəbrayılov isə APA-ya açıqlamasında bunun qardaşları ilə bank arasında mülki mübahisə olduğunu bildirib. Deputat deyib ki, tikinti biznesi ilə məşğul olan qardaşları ilə bank arasındakı mülki mübahisənin ona aidiyyəti yoxdur: “Mən bizneslə məşğul olmuram. Biznesin bu sahəsi ilə iki qardaşım Rauf və Elşən Cəbrayılovlar məşğuldurlar”.

1590