FHN Təbrizdə baş verən 6 maqnitudalı zəlzələ ilə bağlı məlumat yayıb
Fövqəladə Hallar Nazirliyi (FHN) noyabrın 7-də Təbrizdə baş verən zəlzələ ilə bağlı məlumat yayıb. Lent.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, noyabrın 7-də saat 10:26-da Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərindən 92 km cənub-şərqdə, İranın Təbriz şəhərindən 47 km şimal-şərqdə zəlzələ qeydə alınıb.
Yeraltı təkanların gücü episentrdə Rixter cədvəli ilə 6,0 maqnituda təşkil edib. Zəlzələ Ordubad, Naxçıvan və Culfa şəhərlərində və Azərbaycanın İranla həmsərhəd olan rayonlarında 3,0-2,0 bal gücündə hiss olunub. İnsan tələfatı və dağıntı haqqında məlumat daxil olmayıb.

1097