Ramiz Rzayev  məhkəmələri və hakimləri tənqid etdi
08 noyabr 2012 10:55 (UTC +04:00)

Ramiz Rzayev məhkəmələri və hakimləri tənqid etdi

Azərbaycan Ali Məhkəməsinin növbəti Plenumu keçirilir. APA-nın məlumatına görə, iclası açan Ali Məhkəmənin sədri Ramiz Rzayev iclasda səhiyyə, ədliyyə nazirlərinin, məhkəmə sədrlərinin iştirak etdiyini deyib. Daha sonra gündəlik elan olunub. Gündəliyə məhkəmələr tərəfindən tibbi xarakterli qərarların verilməsi, Cinayət Prosessual Məcəlləsinə dəyişiklik edilməsi barədə Milli Məclisə təkliflərin verilməsi və digər məsələlər daxilidir.


R. Rzayev çıxışında məhkəmələr tərəfindən bəzi qanun pozuntularına yol verdiyini deyib: “Bəzən həkim-psixiatrın verməli olduğu rəy aidiyyatı olmayan şəxslər tərəfindən verilir. Bir çox hallarda həkim-psixiatrın rəyi nəzərə alınmır və azadlığa buraxılan şəxslər tərəfindən təkrar cinayətin törətməsi faktları aşkar olunub. Bir nəfər atasını öldürüb, anasını öldürməyə cəhd edib. Həmin şəxsin barəsində məcburi müalicə təyin olunub. Lakin sonradan məhkəmə həmin şəxsi - yəni İlqar Rzayevi azadlığa buraxıb. O da anasını öldürüb. Biz onu azadlığa buraxan hakimin fəaliyyətinə vaxtından əvvəl xitam vermişik. Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslərin psixiatriya xəstəxanasına göndərilməsi barədə düzgün qərarlar verilmir. Bu işlər üzrə məhkəmə iclas protokolları çox qısa şəkildə şablon kimi tərtib olunur. Bu da onu göstərir ki, hakimlər protokolları oxumurlar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3921

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21