Odessada azərbaycanlılar və ermənilər arasında kütləvi dava
Odessanın “Sedmoy kilometr” bazarında azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub. APA-nın məlumatına görə, hadisə nəticəsində dörd nəfər ağır bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Davanın digər iştirakçıları polis tərəfindən saxlanıb. Saxlanan şəxslərdən bıçaq, armatur, taxta dəyənəklər götürülüb. Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.
Hadisənin şahidləri davada azərbaycanlılar və ermənilərlə yanaşı türklərin də iştirak etdiyini bildiriblər. Polisin rəsmi məlumatında davanın bazaar nəzarət üstündə baş verdiyi qeyd olunur.
Hadisənin şahidləri davada azərbaycanlılar və ermənilərlə yanaşı türklərin də iştirak etdiyini bildiriblər. Polisin rəsmi məlumatında davanın bazaar nəzarət üstündə baş verdiyi qeyd olunur.
5192