Bakıda arvadından qorxan kişi polisə sığındı - TƏFƏRRÜAT
01 noyabr 2012 10:41 (UTC +04:00)

Bakıda arvadından qorxan kişi polisə sığındı - TƏFƏRRÜAT

Oktyabrın 31-də Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə maraqlı müraciət daxil olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Cavadxan küçəsində yaşayan 43 yaşlı V.E. bildirib ki, həyat yoldaşı onu ölümlə hədələyir. V.E müraciətində qeyd edib ki, həyat yoldaşı ilə münasibətləri pozulub: “O, Salyana atası evinə getdi. Sonra zəng vuraraq məni qətlə yetirəcəyini, kimlərinsə vasitəsilə öldürdəcəyini deyir”.

43 yaşlı kişi polisdən onun təhlükəsizliyinin təmin olunmasını, məsələnin xoşluqla yoluna qoyulmasını da xahiş edib. Bundan sonra polis ilkin araşdırmalara başlayıb və V.E-dən ona hədə zəngləri edilmiş mobil telefon nömrəsi alınıb. Polis 43 yaşlı kişinin həyat yoldaşı A.E ilə əlaqə saxlayıb. A.E bildirib ki, əslində məsələ başqa cürdür və tezliklə Bakıya gələrək həqiqəti üzə çıxaracaq.

Qeyd edək ki, A.E uşaqları da götürərək atası evinə getsə də, V.E-nin Cavadxan küçəsində yerləşən mənzilində qeydiyyatdadır. Məsələnin gələcəkdə baş verə biləcək mənzil bölgüsü ilə əlaqədar bu yerə çatması istisna edilmir. Ölümlə hədələmə fakt üzrə araşdırmalar davam etdirilir.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5883

Oxşar yazılar