«Mersedes» yol ayrıcına çırpıldı
31 oktyabr 2012 06:30 (UTC +04:00)

«Mersedes» yol ayrıcına çırpıldı

Gecə Bakı-Sumqayıt yolunun 8-ci kilometrində yol nəqliyyat hadisəsi baş verib.

Sumqayıt şəhəri istiqamətində hərəkətdə olan 99-BT-989 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili yol ayrıcı dəmir arakəsmələrə çırpılıb. Lent.az-ın ANS-ə istinadən məlumatına görə, zərbənin gücündən arakəsmələri əyib keçən avtomaşın çevrilib və bir xeyli həmin vəziyyətdə sürüşərək dayanıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobil yarasız hala düşüb. “Mercedes”in sürücüsünün sözlərinə görə, onun qəza törətməsinə səbəb, digər “Mercedes” markalı maşının onu arxadan vurması olub. Qəzaya səbəb olan avtomobil isə hadisə yerindən yayınıb. Faktla bağlı baş dövlət yol polis idarəsində araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1080

Oxşar yazılar