Dünya bu gün
30 sentyabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

1207. Şərqin böyük müdriki Cəlaləddin Rumi anadan olub

1472. Quttenberq Bibliyanı çap edib və bu hadisə tarixə ilk kitab çapı kimi düşüb

1520. Sultan Süleyman Qanuni Osmanlı taxtına sahib olub

1618. I Şah Abbas və Osmanlı hökmdarı Xəlil paşa Mərənddə sülh müqaviləsi imzalayıb. Buna tarixdə Sərab sülhü də deyilir.

1882. Dünyada ilk su elektrik stansiyası ABŞ-ın Viskonti ştatında qurulub

1902. Süni ipək patentləşdirilib

1913. Alman mühəndis Rudolf Dizel müəmmalı şəkildə həlak olub

1920. Aktyor Lətif Səfərov anadan olub

1920. RSFSR və Azərbaycan SSR arasında Moskva müqaviləsi imzalanıb. Eyni gündə RSFSR və Azərbaycan SSR arasında 4 saziş (vahid ərzaq siyasəti, ticarət, maliyyə və hərbi ittifaq haqqında) də imzalanıb

1938. Münhen sazişi imzalanıb

1947. Pakistan BMT-yə üzv olub

1949. Mao Ze Dun Çinin dövlət başçısı seçilib

1950. Bəstəkar Zülfüqar Hacıbəyov vəfat edib

1954. Dünyada ilk atom sualtı qayıq ABŞ-ın arsenalına daxil olub

1961. Suriya müstəqilliyini elan edib

1971. ABŞ və SSRİ mümkün nüvə müharibələrindən yayınmaq haqda müqavilə imzalayıb

1980. İsraildə yeni valyuta – şekel tədavülə buraxılıb

1981. Fransada ölüm hökmü ləğv edilib

1991. Müğənni Səxavət Məmmədov avtomobil qəzasında həlak olub

1991. Beynəlxalq tərcüməçilər İttifaqı yaranıb. Bu tarix tərcüməçilər günü kimi qeyd olunur

1992. Azərbaycan Dövlət Neft Akademiyasının məzunu Joze Eduardo dos Santos Anqola prezidenti seçilib

1992. Azərbaycan qarşılıqlı olaraq Qazaxıstan Respublikasını tanıyıb. Qazaxıstan Azərbaycanı 27 avqustda tanımışdı

1995. Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair proqram qəbul edilib

1999. Bakı Aeroportunun yeni kompleksi istifadəyə verilib. Aeroport tam beynəlxalq standartlara uyğunlaşdırılıb, istənilən növ təyyarəni qəbul etməyə hazır vəziyyətə gətirilib

2002. Azərbaycan Respublikasının dövlət dili haqqında qanun qəbul edilib

2005. Danimarkada islam peyğəmbərinin təsvir edildiyi karikatura qalmaqalı baş verib

2011. Varşavada “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində GUAM Xarici İşlər Nazirləri Şurasının 15-ci görüşü keçirilib.

Günün aforizmi

“Bir şam digər şamı alışdırmaqla öz işığından heç nə itirməz”.

Cəlaləddin Rumi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 951

Oxşar yazılar