Vətəndaşların külli miqdarda əmlakını ələ keçirən şəxslər tutulub
24 sentyabr 2012 18:31 (UTC +04:00)

Vətəndaşların külli miqdarda əmlakını ələ keçirən şəxslər tutulub

Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Cəlilabad və Masallı rayon sakinlərinin müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış araşdırmalarla müəyyən edilib ki, Bakı şəhər sakini Hüseynov İlkin Xıdır oğlu on nəfər rayon sakinlərinə Dövlət Neft Şirkətində onları operator vəzifəsinə işə qəbul etdirəcəyi barədə yalan vəd verərək aldatma yolu ilə hər birindən 8 min manat məbləğində pul almaqla külli miqdarda özgə əmlakını ələ keçirib dələduzluq edib.

Toplanmış material üzrə Hüseynov İlkin Xıdır oğlu barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Həmçinin, Bakı şəhər sakininin ona qarşı dələduzluq edilməsi barədə "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Müəyyən edilib ki, özünü vəkil kimi təqdim edən İbrahimova Rəna Böyükağa qızı Bakı şəhər sakininə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş oğlunu azadlığa buraxdıracağını vəd verərək 3.0 min ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.

Fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edilən cinayət işləri üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi, eyni zamanda vurulmuş ziyanın ödətdirilməsi və vətəndaşların pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Etibar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1952

Oxşar yazılar