Bakı–Sumqayıt yolunda dəhşətli qəza - FOTO
Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Masazır qəsəbəsindən gələrək, Bakı – Sumqayıt yolunu keçmək istəyən 90 NJ 099 nömrəli “Audi” ona yer verməli olan 10 EZ 524 nömrəli “Moskviç”lə toqquşub.
Nəticədə “Moskviç”in sürücüsü avtomobildən ölümcül vəziyyətdə yerə yıxılıb. Onun sərnişinləri – təqribən 50 yaşlı qadın və 10 – 15 yaşlı oğlan və qız isə yaralanıb. Hadisə yerinə təcili yardım gəlib. Sürücü və sərnişinləri hadisə yerindən yaxınlıqdakı xəstəxanaya aparılıb.
Tamamilə yararsız vəziyyətə düşən “Moskviç” yolu bağladığından, onu sürüyərək kənara çəkiblər. Sürücülərin şəxsiyyətlərini müəyyənləşdirmək mümkün olmayıb. Lakin hadisə yerinə toplaşanlardan bəziləri ölümcül yaralı sürücünü tanıyıb. 50-55 yaşlı kişinin Balakişi adlı Xırdalan sakini olduğu deyilir. “Audi”nin isə sol tərəfi əzilib, sürücü isə heç bir xəsarət almayıb.
Ekspert hadisə yerindən fotogörüntülər çəkib, faktla bağlı araşdırma aparılır.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Bakıda zəncirvari qəza - 7 avtomobil toqquşdu
1 sentyabr 2025 , 01:52
Goranboyda ağır qəza - 7 nəfər yaralandı
31 avqust 2025 , 21:52
Zibillikdən bədənində yanıq xəsarətləri olan körpə meyiti tapıldı
31 avqust 2025 , 20:00
Bakıda evli kişi "xərçəng xəstəsiyəm" deyib sevgilisinə görün nələr etdi?
31 avqust 2025 , 18:59
Qəbələdə maşın aşdı: sürücü yaralandı, oğlu öldü
31 avqust 2025 , 18:13
Şəmkirdə AĞIR QƏZA: 3 nəfər yaralandı
31 avqust 2025 , 16:50
Evdə doğduğu körpəni unitaza atdı
31 avqust 2025 , 16:44