Baş Prokurorluqda konfrans keçirilib – FOTO
Baş Prokurorluqda elmi-praktiki konfrans keçirilib. Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Prokurorluğun Elm-Tədris Mərkəzində “Cinayət prosesində azadlıq və şəxsi toxunulmazlıq hüququnun müdafiəsinin təkmilləşdirilməsi imkanları” mövzusunda keçirilən elmi-praktiki konfransda Baş Prokurorluğun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin əməkdaşları, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Bakı Apelyasiya Məhkəməsinin hakimləri, vəkillər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Baş prokurorun birinci müavini Rüstəm Usubov konfransı giriş sözü ilə açaraq ölkədə hüquqi dövlət quruculuğu, dayanıqlı ictimai-siyasi sabitliyin qorunması, dövlət maraqlarının müdafiəsi və cinayətkarlığa qarşı kəsərli mübarizənin təşkili, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində aparılan genişmiqyaslı islahatlar barədə ətraflı məlumat verib.
Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov Ali Məhkəmə tərəfindən insan hüquqlarının, o cümlədən azadlıq və şəxsi toxunulmazlıq hüququnun cinayət prosesində müdafiəsi məsələlərinin daim diqqət mərkəzində olduğunu, bu sahədə məhkəmə təcrübəsinin mütəmadi olaraq öyrənildiyi, bu hüququn müdafiəsi səviyyəsinin yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirildiyini, o cümlədən 2009-cu il noyabrın 3-də Ali Məhkəmənin Plenumunun qərarının qəbul edildiyini bildirərək həbs qətimkan tədbirinin tətbiqi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin prinsipial mövqelərinin təcrübədə nəzərə alınması üsulları barədə geniş məlumat verib.
Konfransda Elm-Tədris Mərkəzinin rəisi Nazir Bayramov, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin İnsan hüquq və azadlıqlarının müdafiəsi problemləri kafedrasının rəisi Günay Əyyubova, Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin şöbə rəisinin müavini Nadir Mustafayev və digər natiqlər azadlıq və şəxsi toxunulmazlıq hüququnun cinayət prosesində müdafiəsinin müxtəlif aspektləri üzrə məruzələrlə çıxış edərək mövzuya aid şəxsi və təmsil etdikləri orqanların təcrübəsinin təhlili nəticələri, eləcə də qanunvericiliyin və təcrübənin təkmilləşdirilməsi istiqamətləri barədə fikirlərini iştirakçılarla bölüşüblər.
R.Usubov konfransa yekun vuraraq iştirakçılar tərəfindən məhkəmə-istintaq təcrübəsinin və qanunvericiliyin təkmilləşdirilməsi üçün konkret maraqlı təkliflər səsləndirildiyini xüsusi qeyd edərək müzakirələrin prokurorluğun, məhkəmələrin və bütövlükdə hüquq mühafizə orqanlarının fəaliyyətinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.
Tədbir iştirakçılarına “Həbs qətimkan tədbirinin tətbiqi ilə əlaqədar qərarların İnsan Hüquqları üzrə Avropa Məhkəməsi presedent təcrübəsinə uyğunlaşdırılması metodikası” adlı metodik vəsait təqdim edilib.

1164