Qənirə Paşayeva Nigar Yaqublunu müdafiə etdi
Millət vəkili Qənirə Paşayeva Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun qızı Nigar Yaqublunun həbsinə münasibət bildirib. Lent.az-ın məlumatına görə, millət vəkili “Facebook” səhifəsində Nigar Yaqublunun həbsinin mənfi hal olduğunu vurğulayıb: “Bir çox dostlar mənə “Facebook” və “Twitter” adresim vasitəsilə məktub yazaraq soruşurlar ki, niyə Nigar Yaqublu məsələsinə münasibət bildirmirsiniz. Sanki kimlərsə məndən nəsə bu barədə soruşub və mən də cavab verməkdən imtina etmişəm. Xeyr əzizlərim heç kəs bu barədə mənə sualla müraciət etməyib. Amma fikrimi bilmək istəyirsinizsə mən insanların, xüsusilə də qadınların, gənc qızların həbsxanalarda olmasını istəmirəm, onları həbsxanalarda görmək istəmirəm”.
Qənirə Paşayeva Nigar Yaqublunu müdafiə edərək, baş verən hadisəni faciə adlandıraraq ona yüngül cəza verilməsini arzulayıb: “Nigar da gənc bir xanımdır. Üstəlik o da istəməzdi ki, belə bir hadisə olsun. Yəni bu hadisəni qəsdlə törətməyib. Bildiyim qədər ölən insanın ailəsi də şikayətçi deyil. Kaş ki, daha yüngül formada bir qərar verilsəydi. Belə bir hadisə mənim də ailəmin başına gəlmişdi. Əmim qızının qızını bir nəfər maşınla vurmuşdu. Yerindəcə keçinmişdi. Əmim şikayətçi olmadı və arqumenti də düşündürücü idi. Bütün ağrılarına, acılarına rəğmən cəza çəkəcək gənci də düşünürdü. Həbsxanada uzun zaman keçirməsini istəmirdi o gəncin və deyirdi ki, ən azı onun həyatı məhv olmasın. Mən parlamentdə hər zaman çıxışlarımda da, xüsusilə əfv məsələlərinin müzakirəsi zamanı hər zaman əfvin, bağışlamanın tərəfdarı olmuşam. Humanizmin tərəfdarı olmuşam. Nigar məsələsinə təkrar gəlincə. Təbii ki, hər kəs qanun qarşısında cavab verməlidir. Amma keşkə daha yüngül formada bir qərar verilsəydi. Ümid edirəm ki, yaxın zamanlar da bu məsələyə özünün müsbət həllini tapacaq”.

1384