Ramil Səfərov AŞPA-nın gündəliyində
20 sentyabr 2012 13:08 (UTC +04:00)

Ramil Səfərov AŞPA-nın gündəliyində

Avropa Şurası Parlament Assambleyasına qurumun payız sessiyası çərçivəsində Ramil Səfərovun məsələsi ilə bağlı müzakirələrin aparılmasına dair sorğu daxil olub.

APA-nın məlumatına görə, bu barədə AŞPA mətbuat xidmətinin məlumatında bildirilir. Sessiyanın gündəliyinin yekun variantına azərbaycanlı zabit Ramil Səfərovun təhvil verilməsi və əfv olunması ilə bağlı məsələyə dair müzakirələrin keçirilməsi, Suriyada humanitar durumla bağlı məsələlər daxil edilib.

APA-nın əvvəl məlumat verdiyi kimi, sessiyanın gündəliyinə Rusiya Avropa Şurası qarşısında öhdəlikləri, Avropa Şurasına üzv ölkələrin xarici siyasətində demokratiya və insan haqları, siyasi məhbus anlayışının müəyyənləşməsi (məruzə Kristofer Ştrosser tərəfindən təqdim olunub), siyasi partiyalarda gender bərabərliyi məsələləri daxil edilib.

Sessiya çərçivəsində Albaniya və Moldova prezidentlərin çıxışı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2721

Oxşar yazılar