Nazir müavini: “Yanğında ölənlər orada qaynaq işləri aparanlardır”
“Sentyabrın 17-də saat 16.50 dəqiqədə Fövqəladə Hallar Nazirliyinə Sumqayıt şəhərində yerləşən “Məişət malları” ASC-in həyətində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Nazirliyin canlı qüvvəsi və texnikası göndərilib. FHN əməkdaşlarının hadisə yerinə gəlməsindən sonra məlum olub ki, yanğın ehtiyat rezervuarlarda baş verib”.
APA-nın məlumatına görə, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib. Nazir müavininin sözlərinə görə, yanğının miqyası nəzərə alınaraq 3-cü çağırış elan edilib: “150-dən artıq canlı qüvvə, 45-dən artıq texnika, iki helikopter yanğının söndürülməsinə cəlb olunub. Yanğın 10 saata yaxın davam edib. Yanğın baş verən əraziyə gələn yolların nasazlığı və əsas texnikanın Bakıdan gəlməsi səbəbindən FHN əsas qüvvələrini yanğın yerinə 18.00-da cəmləməyə başlayıb. Saat 18.00-da yanğınla mübarizənin əsas mərhələsinə başlanıb. Yanğın səhər saat 4 radələrində tam söndürülüb. Səhər saat 9-10 radələrində isə soyutma işləri başa çatdırılıb”.
E. Mirzəyev yanğın zamanı 3 nəfərin öldüyünü, iki nəfərin isə müxtəlif dərəcəli zəhərlənmə ilə xəstəxanaya aparıldığını bildirib: “Ölənlər orada qaynaq işləri aparan şəxslər olublar. Dünən yanğın gedə-gedə iki nəfərin meyiti hadisə yerindən çıxarılıb. Bir nəfər isə orada qaldığına görə itkin sayılırdı. Bu gün səhər onun da meyiti çıxarılıb. Yanğınsöndürənlər və FHN əməkdaşları arasında xəsarət alan olmayıb”.
Nazir müavini ilkin ehtimala görə, yanğının qaynaq işləri görülən zaman baş verdiyini deyib: “Hazırda Respublika Prokurorluğu və FHN əməkdaşları tərəfindən araşdırma aparılır. Yaxın vaxtlarda bu barədə ictimaiyyətə geniş məlumat veriləcək”.
E. Mirzəyev onu da deyib ki, müəssisəsinin həyətində yerləşən 8 rezervuardan 6-sı yanıb. Yanan ərazi təxminən 2500 kv.metrdir.

Oxşar yazılar

Bakıda evdə partlayış: Yaralıların vəziyyəti ağırdır - VİDEO -YENİLƏNİB
2 mart 2025 , 13:07
Ağcabədidə evdə yanğın-Xəsarət alan var
2 mart 2025 , 11:19
Dəm qazından daha bir qadın öldü
2 mart 2025 , 09:06
Lənkəranda ağır qəza, 4 nəfər yaralandı
2 mart 2025 , 03:39
Naxçıvanda avtomobil iki yeniyetməni vurdu
2 mart 2025 , 01:38
Gəncədə dəhşət: kişi balta və armaturla həyat yoldaşını döydü
2 mart 2025 , 01:10
Lənkəranda yük maşını çaya düşdü
1 mart 2025 , 22:51