Bakıda jurnalist keçmiş həyat yoldaşına 6 bıçaq vurdu
17 sentyabr 2012 17:48 (UTC +04:00)

Bakıda jurnalist keçmiş həyat yoldaşına 6 bıçaq vurdu

Bu barədə APA-ya Yasamal rayon Polis İdarəsindən bildirilib.

Hadisə bu gün saat 16.00 radələrində rayonun Murtuza Muxtarov küçəsində qeydə alınıb. Rayon sakini, 30 yaşlı Elçin Əlibala oğlu Əsədullayev keçmiş həyat yoldaşı, 29 yaşlı Lətafət Məmmədovanı küçənin ortasını bıçaqlayıb. L. Məmmədova aldığı 6 bıçaq zərbəsindən hadisə yerindəcə keçinib.

Hadisəni törədən E. Əsədullayev polis tərəfindən saxlanılıb. O, hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.

Polisdən həmçinin bildirilib ki, hadisəni törədən E. Əsədullayev jurnalistdir. Lakin onun hansı media orqanında çalışdığı açıqlanmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3254

Oxşar yazılar