“Sınıq Körpü”-dən qaçaq yolla mobil telefon keçirmək istəyirlər
12 sentyabr 2012 19:42 (UTC +04:00)

“Sınıq Körpü”-dən qaçaq yolla mobil telefon keçirmək istəyirlər

Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan vətəndaşı Aleks Zirakaşvilinin idarə etdiyi “İJ 27156” markalı minik avtomobilinə gömrük nəzarəti zamanı həmin nəqliyyat vasitəsinin yük yerində, döşəmənin üstündə qaynaq ilə bərkidilmiş halda dəmir örtük aşkarlanıb. Həmin örtüyün altından isə müxtəlif markalı, cəmi 383 ədəd mobil telefon və müxtəlif mobil telefonlara aid aksesuarlar, 347 ədəd qidalandırma cihazı, 349 ədəd akkumulyator, 349 ədəd karton qutu və 359 ədəd “qulaqcıq” aşkar edilərək götürülüb.


“Sınıq Körpü” gömrük postunda Azərbaycan vətəndaşı Niyaz Qurbanovun idarə etdiyi “QAZ-31029” markalı minik avtomobilinə gömrük nəzarəti zamanı həmin nəqliyyat vasitəsində də gömrük nəzarətindən gizlədilmiş 150 ədəd “C10” markalı, 49 ədəd “Nokia 101” markalı və 176 ədəd “X202” markalı mobil telefonlar aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1317

Oxşar yazılar