“Quba hadisələri” ilə bağlı növbəti məhkəmə prosesinə start verildi
Bu gün Quba rayon məhkəməsində “Quba hadisələri”ni törətməkdə təqsirləndirilən daha 9 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başlayır. Lent.az-ın məlumatına görə, hakim Quliyev Etibarın sədrliyi ilə keçiriləcək iclasda təqsirləndirilən şəxslər Yunusov Xəyyam Sahib oğlu, Vaizi Səxavət Ağahüseyn oğlu, Nəcəfli Ələkbər Zülfüqar oğlu, Ələsgərov Niyaməddin Nurəddin oğlu, Məhərrəmov Elgün Nadir oğlu, İlyasov Rəşad Tahir oğlu, Mürşüdov Rafiq Vahid, Qəribov Tapdıq Tacı oğlu, Qəribov Bəhruz Qəribbaba oğlu ifadə verəcəklər. Təqsirləndirilən şəxslərdən yalnız ikisi - Xəyyam Yunusov və Səxavət Vaizi həbsdə saxlanılır. Digərləri barəsində isə heç bir yerə getməmək haqqında iltizam qəti imkan tədbiri seçilib.
Qeyd edək ki, adıçəkilən şəxslər də Azərbaycan Respublikasının CM-nin 186.2.1; 186.2.2; 233;315.2 maddələrinin tələblərini pozmaqda təqsirləndirilirlər.
Qeyd edək ki, adıçəkilən şəxslər də Azərbaycan Respublikasının CM-nin 186.2.1; 186.2.2; 233;315.2 maddələrinin tələblərini pozmaqda təqsirləndirilirlər.
775