Azərbaycanda görünməmiş ailə faciəsi – YENILƏNİB - TƏFƏRRÜAT
Bu gün Quba rayonunda baş vermiş dəhşətli qətl hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Birinci Nügədi kəndində 17 yaşlı Məmmədzadə Novruz Ehtiram oğlu atası, 1969-cu ildə anadan olmuş Məmmədov Ehtiram Novruz oğlunu ailədaxili münaqişə zəminində qətlə yetirib.
Məlumata görə, 43 yaşlı E.Məmmədov kəndin sayılıb-seçilən, imkanlı adamlarından olub. Onun şəxsi mağazası, bir neçə avtomobili olub. E.Məmmədovun 17 yaşlı oğlu Novruz isə bu il orta məktəbi bitirib və ali məktəbə sənəd verib. Bir neçə gün əvvəl ali məktəblərə qəbul imtahanlarının nəticələrə açıqlanıb. Məlum olub ki, N.Məmmədzadə ali məktəbə qəbul olunub, lakin ödənişli əsaslarla. Qaydalara əsasən, Azərbaycanda ödənişli əsaslarla ali məktəbə qəbul olunanlar ilk təhsil ilinin ödənişini əvvəlcədən etməlidir. Bu isə Məmmədovlar ailəsində narazılığa səbəb olub. Evə çox vaxt içkili gələn, ailə daxilində münaqişə yaradan E.Məmmədov ödəniş məsələsini problemə çevirib. Oğlunu niyə ali məktəbə pulsuz əsaslarla qəbul olunmadığına görə danlayıb, onu döyüb. Bundan sonra isə gənc oğlan mətbəx bıçağını götürərək atasına bir neçə zərbə endirib. E.Məmmədovu xəstəxanaya çatdırmaq mümkün olmayıb.
Hadisədən dərhal sonra N.Məmmədzadə tutulub. Fakt üzrə cinayət işi başlanılıb. Ali məktəb xəyalları quran gənci həbsxana barmaqlıqları gözləyir.
Nizam RZA
***
28 Avqust 2012 12:22
Quba rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Nügədi kəndində 17 yaşlı Məmmədzadə Novruz Ehtiram oğlu atası, 1969-cu ildə anadan olmuş Məmmədov Ehtiram Novruz oğlunun bıçaqlayaraq qətlə yetirib. Gənc oğlan atasına bir neçə bıçaq zərbəsi endirib.
N.Məmmədzadə tutulub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Fakt üzrə cinayət işi başlanılıb.

11730