Xaçmazda hərbi geyim mağazası yandı
Lent.az-ın məlumatına görə, yanğın şəhərin H.Əliyev küçəsində yerləşən, ümumi ərazisi 12 kv metr olan, Validə Həcəddinovaya məxsus hərbi geyim mağazasında qeydə alınıb. Mağazadakı soyuducudan yaranan alov qısa bir zaman ərzində bütün mağazanı yararsız vəziyyətə salıb. Hadisə yerinə Xudat Dövlət Yanğından Mühafizə Hissəsinin 1 yanğınsöndürən maşını cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alov söndürülüb və digər ərazilərə keçməsinin qarşısı qalınıb.
Faktla əlaqədar FHN-nin Şimal regional idarəsinin təhqiqat qrupu tərəfindən araşdırmalar aparılır. Yanğının dəqiq baş vermə səbəbləri araşdırmalardan sonra məlum olacaq.
Faktla əlaqədar FHN-nin Şimal regional idarəsinin təhqiqat qrupu tərəfindən araşdırmalar aparılır. Yanğının dəqiq baş vermə səbəbləri araşdırmalardan sonra məlum olacaq.
496