Oğurluq etdiyinə görə tutulan S.Pənahovun ətrafında Abşeron rayon Polis İdarəsinin əməkdaşları əməliyyat tədbirləri aparıb.
Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, nəticədə onun rayon ərazisindəki “Topaz” mərc oyunları məntəqəsindən 700 manat dəyərində lotoreya kuponları, 7 mağazadan pul, mobil telefon, kompyuter, videomüşahidə qurğusunun yaddaş kartı, parfyumeriya, 3 avtomobildən pul, mobil telefon, gümüş üzük, monitor və sənəd, habelə 2 həyətdən velosiped oğurlaması da müəyyən edilib.