“Qalatasaray”ın prezidenti əməliyyat olundu
07 may 2020 23:22 (UTC +04:00)

“Qalatasaray”ın prezidenti əməliyyat olundu


"Qalatasaray"ın prezidenti Mustafa Cengiz əməliyyat olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, səhhəti ilə bağlı bir neçə gündür xəstəxanada olan İstanbul klubunun rəhbəri beyin əməliyyatı keçirib.

Klubdan bildirilən məlumatda səhər saat 9-da başlayan prosesin 10 saat davam etdiyi vurğulanıb. Reanimasiyaya alınan Cengiz bir müddət orada həkim nəzarətində olacaq.

Həkimlər əməliyyatın uğurlu keçdiyini, klub prezidentinin durumunun yaxşı olduğunu açıqlayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1707
avatar

Oxşar yazılar