"İcazə alıb" futbol oynayanlar cərimələndi
16 aprel 2020 14:15 (UTC +04:00)

"İcazə alıb" futbol oynayanlar cərimələndi

İcazə sistemindən sui-istifadə edən Lənkəran sakinləri cərimələnib.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciətlər edərək epidemiya əleyhinə rejimin qaydalarını pozan 6 nəfər Lənkəran sakininin Nəsimi küçəsində futbol oyunu təşkil etdikləri aşkarlanıb. Onlar şəhər Polis Şöbəsinə gətirilib.

Hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1446
avatar

Mehman Nəbiyev

Oxşar yazılar