“Cənnət Park" yaşayış kompleksində yanğın baş verib.
TƏBİB-dən Lent.az-a verilən məlumata görə, yanğın nəticəsində 1 nəfər sakin qadın sifətin və yuxarı ətrafların 1-2-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, xəsarət alan Fövqəlhadə Hallar Nazirliyinin (FHN) 4 işçisindən 2-si Yanıq Mərkəzinə, 2-si isə Toksikoloji Mərkəzə hospitalizə olunub.
Xəsarət alanların vəziyyəti yaxşıdır, hazırda ambulator yardım göstərilir.