"Azərbaycan dövləti daha ciddi tədbirlər həyata keçirib" - DEPUTAT
16 mart 2020 21:32 (UTC +04:00)

"Azərbaycan dövləti daha ciddi tədbirlər həyata keçirib" - DEPUTAT


“Son dövrlər dünyada pandemiyaya çevrilən koronavirus infeksiyasına qarşı mübarizə aparılır”.

Bunu APA-ya açıqlamasında millət vəkili Cavid Osmanov bildirib.

C. Osmanov deyib ki, virusun yayıldığı coğrafiya genişlənib və demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir: “Bu virus heç bir sərhəd tanımır. Ümumdünya Səhiyyə Təşkilatı başda olmaqla, dünya bu virusa qarşı mübarizə aparır. Ancaq hələ koronavirusa qarşı vaksin tapılmayıb. Dünyanın ən inkişaf etmiş ölkələri də koronavirusun yayılmasına qarşı sərhədləri bağlayır, uçuşları təxirə salır, müxtəlif tədbirlər görürlər. Bütün ölkələr maksimum vətəndaşlarının bu virusa az yoluxmasına çalışırlar”.

Millət vəkili qeyd edib ki, daha tez qabaqlayıcı tədbirlər görən ölkələrdə virusa yoluxma halları daha az aşkar edilir: “Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan hökuməti də koronavirusa qarşı mübarizə istiqamətində daha tez qabaqlayıcı tədbirlər həyata keçirib. Nazirlər Kabinetinin nəzdində Operativ Qərargah yaradılıb, insanlar operativ məlumatlandırılır, intensiv maarifləndirmə işləri aparılır. Dünya ölkələri üzrə statistik rəqəmlərə, hətta ən inkişaf etmiş ölkələrə baxsaq, görürük ki, Azərbaycan dövləti daha ciddi tədbirlər həyata keçirib. Artıq bir neçə ölkə ilə yerüstü və hava nəqliyyatı əlaqələri məhdudlaşdırılıb, ciddi tədbirlər həyata keçirilir. İnsanlar də təşvişə düşməməlidir. Dünya ölkələri ilə müqayisə etsək, Azərbaycan dövləti üzərinə düşən vəzifələri, o cümlədən vətəndaşlarının sağlamlığını qorumaq vəzifəsini layiqincə yerinə yetirir”.

C. Osmanov bəzi şəxslərin ölkəmizdə ərzaq qıtlığının yaranacağı ilə bağlı iddialarının da tam əsassız olduğunu vurğulayıb: “Bu gün Azərbaycanda istənilən marketdə ərzaq qıtlığı yoxdur. Hətta uzaq gələcəkdə də ölkəmizdə ərzaq qıtlığının olacağı gözlənilmir. Azərbaycanda kifayət qədər ərzaq ehtiyatları var  və bunun üçün lazımi addımlar atılıb”.

Millət vəkili dezinfeksiya işlərinin aparıldığını, bununla belə, hər bir vətəndaşın məsuliyyətli olmasını vacib sayıb: “İnsanlar maksimum evdə qalmalı, dezinfeksiya işləri aparmalıdır. İctimai nəqliyyatda xəstəliyin yayılma imkanları geniş olduğunu nəzərə alaraq, insanlar qoruyucu vasitələrdən daha ciddi istifadə etməli və öz təhlükəsizlik məsələlərinə daha diqqətlə yanaşmalıdırlar. Xarici ölkələrdə yaşayan soydaşlarımız da ölkəmizə qayıdanda mütləq karantində yerləşdirilməlidirlər və bu istiqamətdə müvafiq addımlar atılır. Artıq karantin üçün münasib yerlər ayrılıb. Karantin müddətini başa vuraraq evə buraxılan kifayət qədər vətəndaşlarımız da var. Ümumiyyətlə, xaricdən gələn soydaşlarımız məhz karantin müddətini keçəndən sonra ailəsinə qayıtmalıdır”.

C.Osmanov bildirib ki, Azərbaycanda koronavirusla mübarizə istiqamətində çox ciddi addımlar atılıb: “Görülən işlər Azərbaycanda koronavirusa qarşı gələcəkdə daha ciddi tədbirlərin də görüləcəyini göstərir. Artıq Milli Məclisin sabah keçirilən iclasında koronavirusa qarşı mübarizə ilə əlaqədar yeni qanun layihələri də müzakirə olunacaq və inanıram ki, qəbul ediləcək. Bununla yanaşı, heç bir ölkə və şəxs heç nədən sığortalanmayıb. Buna görə də digər ölkələrdə olduğu kimi, Azərbaycanda da gələcəkdə daha sərt tədbirlər tətbiq oluna bilər və  ictimaiyyət buna hazır olmalıdır. Azərbaycanda artıq bu istiqamətdə işlər görülür, ictimai iaşə xidmətləri məhdudlaşdırılıb. Həmin yerlərdə dezinfeksiya işlərinin daha çox aparılmasına çalışmaq lazımdır ki, insanlar məhdud zaman kəsimində ictimai iaşə məkanlarından istifadə edə bilsinlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1231
avatar

Oxşar yazılar

Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19