Qonaq otağı üçün hər zaman dəbdə olacaq SİRRLƏR 
04 avqust 2021 19:07 (UTC +04:00)

Qonaq otağı üçün hər zaman dəbdə olacaq SİRRLƏR 

Hər il dəyişən interyer dizaynı ilə ayaqlaşmaq asan deyil. Fərqli və müasir qonaq otağına sahib olmaq istəyən hər kəs dəbdən düşməyən dekorasiyadan istifadə etdikdə, belə bir problemlə qarşılaşmır. 

Lent.az qonaq otağı üçün hər zaman dəbdə olacaq sirrləri təqdim edir: 

Sadəlik 

Sadəlik heç vaxt dəbdən düşmür. Sadə qonaq otağına sahib olmaq üçün iki vacib qanuna əməl etmək lazımdır: Çoxlu aksesuarlardan və funksional mebellərə üstünlük verməmək. 

Təbiət rəngləri 

Təbiətdəki rənglər qonaq otağı üçün hər zaman trenddir. Yumşaq mebel, xalı və digər əşyaları seçərkən rənglərə diqqət etməklə zövqlü evə sahib olacaqsınız. 

Açıq rəngli divar

Hər mövsüm yeni bir divar rəngi trend olur. Amma dəbdən düşməyən divar rəngləri açıq və yüngül tonlardır. 

Ağacdan hazırlanan məhsul  

Təbiətdəki rənglər dəbdən düşmədiyi kimi, ağacdan hazırlanan əşyalar da hər zaman trenddir.  

Çiçəklər 

Çiçək qonaq otağını gözəl görünməsi üçün əvəzssiz seçimdir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3999
avatar

Nigar Adil

Oxşar yazılar