Rusiyanın Krasnoyarsk Diyarının Açinsk şəhərində zibil qutusunda yeni doğulmuş qız uşağının cəsədi tapılıb.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə iyulun 18-də yerli hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
Faktla bağlı Rusiya İstintaq Komitəsinin Regional İdarəsi tərəfindən araşdırma başladılıb.
Hazırda müstəntiqlər törədilən cinayətin bütün detallarını müəyyənləşdirir, eyni zamanda uşağın anasının yerinin dəqiqləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
Qeyd edilib ki, körpənin ölüm səbəbi müayinə ilə müəyyən ediləcək.