İndoneziyada zəlzələ zamanı ölənlərin sayı 162-yə çatıb. Onların əksəriyyəti uşaqdır
Lent.az xəbər verir ki, bu barədə yerli “Kompas” qəzeti məlumat yayıb.
Nəşrin xəbərinə görə, yaralıların sayı 612 nəfərdən çoxdur. Onların əksəriyyətinin vəziyyəti ağırdır.
***
12.49
İndoneziyada 5,6 bal gücündə zəlzələ baş verib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, zəlzələ nəticəsində ölkə xəstəxanalarından biri dağılıb.
Bildirilir ki, xəstəxananın yıxılması zamanı 20 nəfər ölüb, 300 nəfər yaralanıb. Ölənlərin sayının artacağı istisna deyil.
Bundan əlavə, başqa yaşayış binalarına da ciddi ziyan dəyib.
Qeyd edək ki, keçən həftə də İndoneziya sahillərində 6,9 bal gücündə zəlzələ qeydə alınmışdı.