Zəlzələ kəndləri də yerlə bir etdi -  Bu kənddən 33 nəfər həlak olub
13 fevral 2023 12:10 (UTC +04:00)

Zəlzələ kəndləri də yerlə bir etdi - Bu kənddən 33 nəfər həlak olub

Episentri Kahramanmaraş olan dəhşətli zəlzələdən sonra Türkiydə çoxlu sayda kəndlər də yerlə yeksan olub. 

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki. Kahramanmaraşın Pazarcık rayonunun Ördekdede kəndində 33 nəfər dağıntılar altında qalaraq həlak olub.

Zəlzələdən 7 gün sonra onun vurduğu zərbələri daha aydın görmək olur. Kənd sakini Türkan Ünal ailəsindən 6 nəfəri, 86 yaşlı Abdi Merter 7 nəfəri itirib. Malatyanın Kozluca kəndində isə 130 evdən yalnız 10-u sağlam qalıb. Kənd sakini Mevlüt Çetin “Bu kənd məhv oldu” deyə ağlayaraq jurnalistlərə bildirib. O kəndlərdə evlərin hamısının yaşanmaz hala düşdüyünü, kənd sakinlərinin tövlə və qarajlara sığındığını, çoxlu sayda çadırlara ehtiyac olduğunu bildirib.

Məhv olan kəndlərdə dağılan evlər əsasən bir və ya iki mərtəbəli fərdi evlərdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1902
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar