ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində metal komponentlər istehsal edən zavodda güclü yanğın baş verib.
Lent.az-ın xəbərinə görə, bu barədə şəhər yanğınsöndürmə idarəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, güclü yanğın nəticəsində heç kim xəsarət almayıb. Qaz balonlarının partlaması ilə əlaqədar zavodun ərazisində bir sıra partlayış səsləri eşidilib, hazırda vəziyyət nəzarət altındadır.
Zavodda baş verən yanğının səbəbləri araşdırılır.