İngiltərədə naməlum kişi yatmış qadının evinə girərək onu zorlamağa cəhd edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Londondan olan 38 yaşlı Frank Roulinqs cinayəti 2022-ci il sentyabrın 8-də səhər saatlarında törədib. O, qonaq otağındakı divanda yuxuya getmiş qadının evinə girib, onun yanında uzanıb şalvarını topuqlarına qədər aşağı çəkib. Roulinqs əlini onun belinə qoyanda qadın ayılıb. Yanında şalvarsız yad adam tapan qadın qışqıraraq ondan evdən çıxmasını tələb edib.
Kişi evi tərk edib və qadın dərhal polisə müraciət edib. Tezliklə Roulinqs tapılaraq həbs olunub. Onun yanında kürək çantası olub, orada polis əməkdaşları seks oyuncağı tapıblar. Həmin şəxs nəzarətə götürülüb və dindirilməyə çalışılıb, lakin o, müstəntiqlərin suallarına cavab verməkdən imtina edib. Buna baxmayaraq, polis Roulinqsin cinayətdə iştirakını təsdiqləyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkənin evində saqqız tapıblar. DNT testi sübut edib ki, saqqız kişi tərəfindən çeynənilib.
Məhkəmə zamanı Roulinqs cinsi xarakterli cinayət törətmək niyyəti ilə şəxsi mülkiyyətə girməkdə təqsirli olduğunu etiraf edib. Hazırda məhkəmənin qərarı ilə o, tibb müəssisəsindədir.